Əsas səhifə | Xəbərlər | ERASMUS+ LPEB layihəsi çərçivəsində növbəti tədbir
ERASMUS+ LPEB layihəsi çərçivəsində növbəti tədbir

Mayın 5-də universitetimizin  nüməyəndələri ERASMUS+ LPEB layihəsi çərçivəsində tikinti sahəsində iri firmalardan olan Sumqayıtın Qartal Tikinti Şirkətində oldular. 2015-ci ildə SDU, Azərbaycan Memar və İnşaat, Azərbaycan Texniki Universitetin birgə tərəfdaş qismində iştirak etdiyi ERASMUS + LPEB layihəsi Avropa Komissiyası tərəfindən qalib elan edilmişdir və layihə öz işinə start vermişdir. Görüşün məqsədi layihənin iş planına uyğun olaraq SDU Sumqayıtda fəaliyyət göstərən tikinti şirkəti ilə təhsil sahəsində əməkdaşlıq etmək, baş kordinator olan Fransanın Greenoble Akademiyasının hazırladığı sorğu haqda müzakirə aparmaqdır. Sorğuya şirkətin 100 nəfər çalışanı cavab verməlidir. Qeyd edək ki, sorğu universitetin saytında Online yerləşdirilmişdir və şirkətdə çalışan əməkdaşları sorğunu Online şəkildə cavablandıracaqlar. Məqsəd sorğunun kim tərəfindən doldurulduğunu müəyyən etmək deyil, məqsəd tikinti –  inşaat sektorunda bazarın bugünkü tələbatını təhlil etmək, qiymətləndirmək perspektivləri müəyyənləşdirməkdir.
Görüşdə həmçinin, iki sturktur arasında əməkdaşlığın digər formaları da müzakirə edildi. Gələcəkdə SDU-da layihə çərçivəsində açılacaq inşaat ixtisasında təhsil alacaq tələbələrin Qartal Tikinti Şirkətində təcrübə keçməsi, şirkətin prezidenti və əməkdaşlarının universitetimizdə tələbələrə seminar, təlim keçməsi, birgə yerli və beynəlxalq tədbirlərin təşkil olunması zərurəti də vurğulandı. Müzakirə zamanı Qartal Tikinti Şirkətinin prezidenti yüksək ixtisaslı yerli kadrlara maraqlı olduğunu bildirdi. 
Görüşdə şirkətin fəaliyyətinə həsr olunmuş geniş video çarx nümayiş olundu. Tanışlıq məqsədi ilə şirkətə gəzinti təşkil edildi. Sumqayıt Dövlət Universiteti tərəfdən görüşdə Qiyabi, distant və əlavə təhsil üzrə prorektor, dosent Qafar Atayev, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, dosent Turqay Hüseynov və LPEB layihəsinin SDU üzrə tərçüməçisi Samirə Məmmədova iştirak etdilər.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az