Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | 31 mart soyqırımı qurbanları anıldı
31 mart soyqırımı qurbanları anıldı

Martın 30-da Kimya və biologiya fakültəsində 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım mərasimi keçirildi.
Mərasimin əvvəlində soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Fakültənin dekanı, dosent Mahal Muradov tədbiri açaraq bildirdi ki, 1918-ci ilin mart qırğınları xalqımıza qarşı zaman-zaman həyata keçirilən soyqırımı siyasətinin tərkib hissələrindəndir.1918-ci ilin mart-aprel aylarında Bakı və Gəncə quberniyalarında, Quba, Xaçmaz, Şamaxı, Lənkəran, Muğan qəzalarında və digər bölgələrdə də ermənilər tərəfindən qanlı faciələr törədilmişdir. Mart hadisələri zamanı yüzlərlə şəhərimiz və kəndimiz, o cümlədən Qarabağ ərazisində azərbaycanlıların yaşadıqları 150-dən çox kənd xarabalığa çevrilmiş, Şuşada görünməmiş qırğınlar törədilmişdir. 50 mindən çox soydaşımız, o cümlədən Bakıda 30 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, məscidlər, məktəblər yandırılmış və dağıdılmışdır. Təkcə Zəngəzurda 115, İrəvan quberniyasında isə 211 kənd xarabalığa çevrilmiş, əhalisi misli görünməmiş amansızlıqla qətlə yetirilmişdir. Bildirdi ki, təkcə ötən əsrdə Azərbaycanın əhalisi dörd dəfə (1905-1907, 1918-1920, 1948-1953, 1988-1993-cü illərdə) erməni millətçiləri tərəfindən insan hüquqlarının pozulmasına, qeyri-insani rəftarla, insan ləyaqətini alçaldan hərəkətlərlə müşayiət olunan soyqırımına və deportasiyaya məruz qalmışdır.
Ümumi və qeyri-üzvi kimya kafedrasının müdiri, dosent Muxtar Səmədov isə qeyd etdi ki, 1918-ci ilin mart qırğınları ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı şəkildə həyata keçirdikləri soyqırımı siyasətinin mərhələlərindən biridir. Natiq çıxışında onu dbildirdi ki, mənfur ermənilər dəfələrlə Azərbaycan xalqına amansızlıqla divan tutmuş, günahsız insanların qanını axıtmışdır. Gənc nəsilə bu faciəni daim xatırlamağı tövsiyə etdi.
Kimya və biologiya fakültəsinin I kurs tələbələri Leylaxanım Əlizadə, Nərmin Azadova, Günay Nağıyeva, Günel Rəhimova çıxışlarında Azərbaycanlıların soyqırımı günü ərəfəsində erməni vəhşiliyindən bəhs etdilər.
31 mart azərbaycanlıların soyqırımı günü ilə bağlı “Unudulmaz faciə” adlı film  nümayiş olundu. 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az