Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Elmdə yeni üfüqlər: dünəndən bu günə” adlı görüş keçirildi
SDU-da “Elmdə yeni üfüqlər: dünəndən bu günə” adlı görüş keçirildi
Mayın 7-də Sumqayıt Dövlət Universitetində Türkiyə Cümhuriyyəti Koç Universitetinin kimya üzrə fəlsəfə doktoru, tədqiqatçı Toğrul Alməmmədovun iştirakı ilə “Elmdə yeni üfüqlər: dünəndən bu günə” adlı görüş keçirildi.
Rektorun müşaviri professor İsmayıl İsmayılov görüşü açaraq təlimçi qonağı tələbələrə təqdim etdi. Toğrul Alməmmədovun Türkiyə Respublikasındakı Orta Doğu Teknik və Koç universitetlərində kimya, analitik kimya və biokimya sahələri üzrə təhsil aldığını qeyd edən Rektor müşaviri onun hazırda Koç universitetində elmi tədqiqat işləri apardığını bildirdi. Toğrul Alməmmədovun hazırda elmi araşdırmalarını “Ağıllı molekullar” layihəsi çərçivəsində davam etdirdiyini vurğulayan professor  İsmayıl İsmayılov bugünkü təlimin tələbələr üçün faydalı olacağını bildirdi.
Orta məktəbi Sumqayıtda bitirdiyini qeyd edən Toğrul Alməmmədov təlim tipli görüşün araşdırma fəlsəfəsi üzərində qurulduğunu vurğulayaraq bildirdi ki, nəzəriyyə nə qədər uğurlu görünsə də, hər şey onun praktikliyi ilə ölçülür.  Təlimçi bu fikrin riyaziyyat, məntiq, təbiət, texnoelmlər, sosial və humanitar elmlər sahəsində xüsusilə aktual olduğunu vurğuladı.
Yüksək elmi və peşə hazırlığına malik, müstəqil elmi fəaliyyətə qadir mütəxəssislərə həmişəkindən daha çox ehtiyacdan söhbət açan Toğrul Alməmmədov təhsil müəssisələri üçün bunun prioritet istiqaməti barədə danışdı. Elmin paktik məhsuldarlığına ayrılan diqqət tendensiyasını Sumqayıt Dövlət Universitetinin son bir illik fəaliyyətində müşahidə olunduğunu bildirən təlimçi bunun müasir əmək bazarının standartı olduğunu qeyd etdi.
İnteraktivlik şəraitində davam edən görüşdə müxtəlif məzmunlu suallar cavablandırıldı.
 
Mətbuat xidməti
 
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az