Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun rektoru Rüfət Əzizov "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı ilə təltif edilib
SDU-nun rektoru Rüfət Əzizov "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı ilə təltif edilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə Sumqayıt Dövlət Universitetinin rektoru, dosent Rüfət Əzizov "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı ilə təltif edilib. Medal 30 aprel tarxində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev tərəfindən təqdim olunub. Rüfət Əzizov öz sosial şəbəkə hesablarında "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalına layiq görülməyin çox qürurverici olduğunu vurğulayıb və verilən yüksək dəyərə görə Cənab Prezident İlham Əliyevə dərin təşəkkürünü ifadə edib. Rektora təqdim olunan yubiley medalı SDU ailəsinə göstərilən diqqətin ən yüksək göstəricisidir. Sumqayıt Dövlət Universiteti Ümummilli Lider Heydər Əliyev irsinin tədqiqində və təbliğində, Azərbaycançılıq ideyasının həyata keçirilməsində hər zaman fəal rol oynayıb.

Mətbuat xidməti

 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az