Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsi tərəfindən maarifləndirici tədbir keçirildi
SDU-da Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsi tərəfindən maarifləndirici tədbir keçirildi
Aprelin 26-da Sumqayıt Dövlət Universitetində Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsi tərəfindən ilkin tibbi yardım mövzusunda maarifləndirici tədbir keçirildi.
Tədbirdə universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri dosent Nemət İbayev çıxış edərək humanizm və könüllülük prinsipinə əsaslanaraq xeyriyyəçilik sahəsində fəaliyyət göstərən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin göstərdiyi səmərəli fəaliyyətdən və bu istiqamətdə Sumqayıt Dövlət Universitetinin QAC-ın Sumqayıt şəhər bölməsi ilə birgə həyata keçirdiyi xeyirxah və humanitar aksiyalardan danışdı. Qeyd etdi ki, Sumqayıt Dövlət Universiteti mütəmadi olaraq belə xeyirxah təşəbbüslərə dəstək olaraq Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsi ilə birgə tədbirlər həyata keçirir.
Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova çıxış edərək, rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri və həyata keçirdiyi layihələrdən bəhs etdi. Bildirdi ki, belə tədbirlərin keçirilməsində məqsəd tələbələr arasında ilkin yardım bacarıqlarının formalaşdırılması və eyni zamanda bu sahədə maarifləndirmə işlərinin aparılmasıdır.
Sonra QAC-ın Sumqayıt şəhər bölməsinin əməkdaşları tələbələrə müxtəlif vəziyyətlər zamanı ilk tibbi yardımın göstərilməsi, müxtəlif travmalardan yaranan qanaxmalarda yardımın təşkili, süni tənəffüsün verilməsi və digər proseslər haqqında məlumat verdilər.
Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırıldı.
 
Mətbuat xidməti
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az