Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da maliyyə savadlılığı ilə bağlı təlimlər davam etdirilir
SDU-da maliyyə savadlılığı ilə bağlı təlimlər davam etdirilir
Aprelin 25-də Sumqayıt Dövlət Universitetində “Maliyyə savadlılığı” mövzusunda növbəti təlimlər baş tutub.
Universitetin əməkdaşları ilə bərabər tələbələrin də iştirak etdiyi, SDU İqtisadiyyat və idarəetmə fakültəsinin təşkilatçılığı, Mərkəzi Bankın müvafiq struktur mütəxəssislərinin təlimçiliyi ilə təşkil olunan təlim Biznesin təşkili və menecment kafedrasının baş müəllimi, iqtisadiyyat elmləri üzrə fəlsəfə doktoru Zülfiyyə Hacıyevanın spikerliyi ilə başladı.
“Maliyyə savadlılığı” mövzusu ətrafında təşkil olunan bugünkü təlimin ölkəmizdəki bankların rəqəmsal ödənişlərin inkişaf etdirilməsi, bu yönümdə Mərkəzi Bankın apardığı siyasət və həyata keçirdiyi layihələrin istehlakçılar üçün maraq kəsb etdiyini qeyd edən spiker iştirakçıları fəallığa səslədi.
“Ailə büdcəsinin planlaşdırılması” mövzusunda çıxış edən Mərkəzi Bankın Maliyyə savadlılığı şöbəsinin böyük mütəxəssisi Lamiyə Qaralova ailə büdcəsinin təşkilinin bütün dövrlər üçün aktuallığını qeyd edərək onun xərclərin idarə olunmasında əsas amillərdən olduğunu qeyd etdi. Xərclərin proqnozlaşdırılması, onun düzgün və dəqiq müəyyən edilməsində buraxılan səhvlərin bu planlaşmada oynadığı rol barədə konkret nümunələr çəkildi.
İqtisadiyyat və maliyyə xidmətlərinin rəqəmsallaşması, rəqəmsal ödənişlərin inkişaf istiqamətləri barədə danışan Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamentinin böyük mütəxəssisi Xəyalə Məmmədova bugünkü istehlak bazarında ödənişlərin 60 faizinin nəğdsiz hesablaşma yolu ilə aparıldığını qeyd etdi. İstehlakçı-bank münasibətlərindən danışan böyük mütəxəssis istehlakçılara müştəriləri olduqları bankın təqdim etdiyi bütün sənədlərlə diqqətlə tanış olmağın gözlənilməz anlaşılmazlıqlardan qaçmaq üçün vacib olduğunu bildirdi.
İştirakçıların interaktivliyi ilə davam edən təlim kibertəhlükəsizlik, mobil tətbiqlər və digər məsələlər barədə sualların cavablandırılması ilə davam etdirildi.
 
Mətbuat xidməti
 

 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az