Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin infossesiyası keçirildi
SDU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin infossesiyası keçirildi
Aprelin 23-də Sumqayıt Dövlət Universitetində Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğasına dair infossesiya keçirildi.
Təqdimatda mərkəzin kibertəhlükəsizlik üzrə mütəxəssisi, mentor Fərzəli Vəliyev, layihə koordinatoru Mələk Hüseynova və universitetin tələbə heyəti iştirak edirdilər.
Karyera və Məzunlarla iş Mərkəzinin direktoru Nəsibə Əmirbəyova çıxış edərək iştrakçıları salamladı, ölkəmizdə müasir informasiya dövründə kibertəhlükəsizlik məsələlərinin aktuallığından, mövcud və baş verə biləcək kiber təhlükələr və məlumatların qorunması haqqında məlumat verdi. Qeyd etdi ki, təhlükəsizlik real həyatda olduğu kimi, virtual aləmdə də çox önəmlidir.
Layihə koordinatoru Mələk Hüseynova çıxış edərək kibertəhlükəsizlik sahəsində tədqiqatın əsas komponentləri, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi, buradakı tədris və tətbiq olunan metodologiyalar, eyni zamanda, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İsrailin “Technion” Texnologiya İnstitutu ilə birgə təsis etdiyi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi təlimlərin yeni IV dalğası haqqında ətraflı çıxış etdi.
Təlimə qeydiyyat prosesi barədə məlumat verən mentor Fərzəli Vəliyev layihənin məqsədindən bəhs etdi. Bildirdi ki, təlimlər 6 ay müddətində davam edəcək. Proqram çərçivəsində 2 qrup mütəxəssisin hazırlanması planlaşdırılır: “Red Team” (hücum), “Blue Team” (müdafiə). Komandalar tədris müddətində simulyasiyalarda iştirak edərək bacarıqlarını inkişaf etdirəcəklər. Proqramı uğurla bitirənlərə “Technion” Texnologiya İnstitutunun rəsmi sertifikatı təqdim olunacaq. Təlimlərdə iştirak etmək istəyən namizədlər linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.
Təqdimatın sonunda layihə ətrafında geniş müzakirə və fikir mübadiləsi aparıldı, tələbələrin çoxsaylı sualları cavablandırıldı. Fəal və fərqlənən tələbələr mərkəz tərəfindən mükafatlandırıldı.
 
Mətbuat xidməti
 
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az