Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da İKT bacarıqlarının təkmilləşdirilməsi məqsədilə təlim keçirilib
SDU-da İKT bacarıqlarının təkmilləşdirilməsi məqsədilə təlim keçirilib
18 və 22 aprel tarixlərində SDU-da universitet əməkdaşlarının İKT bacarıqlarının təkmilləşdirilməsi məqsədilə təlim keçirilib. Keyfiyyət təminatı və strategiya şöbəsi və İnformasiya texnologiyaları mərkəzinin birgə əməkdaşlığı ilə təşkil olunan bu təlimdə əməkdaşların müvafiq sahə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsinin universitetin inkişafı baxımından əhəmiyyəti vurğulanıb.
Təlim zamanı İnformasiya texnologiyaları mərkəzinin əməkdaşı Ceyhun Adışlı mövzu ilə bağlı nəzəri məlumatları əməkdaşların diqqətinə çatdırıb. Daha sonra iştirakçılara icra etmək üçün müxtəlif məzmunlu tapşırıqlar təqdim olunub. Beləliklə, iştirakçılar öyrəndikləri nəzəri bilikləri praktik olaraq tətbiq etmək imkanı əldə ediblər. Təlimin son mərhələsində iştirakçıların ünvanladığı suallara aydınlıq gətirilib.
 
Mətbuat xidməti
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az