Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da peşəkar idarəçi Fəxri Ağayevin iştirakı ilə təlim keçirildi
SDU-da peşəkar idarəçi Fəxri Ağayevin iştirakı ilə təlim keçirildi
Aprelin 19-da Sumqayıt Dövlət Universitetinin Karyera və Məzunlarla İş Mərkəzinin təşkilatçılığı ilə Peşəkar Spikerlər Seriyası (PSS) çərçivəsində tanınmış biznes konsultant və peşəkar idarəçi Fəxri Ağayevin “Müasir Azərbaycanda Gənclərin Karyerası” adlı təlimi təşkil olundu.
Tədbiri giriş sözü ilə açan “Diferensial tənliklər və optimallaşdırma” kafedrasının dosenti Xəyalə Seyfullayeva qonağı və iştirakçıları salamladı. Son zamanlar Sumqayıt Dövlət Universitetində tələbələrimizin gələcək karyera quruculuğu üçün açılmış yeni imkanlardan, mütəmadi olaraq müxtəlif təlim, seminar, təcrübə proqramlarının təşkilindən və bugünkü təlimin də həmin proseslərin bir hissəsi olmasından danışdı.
Sonra təlimçi Fəxri Ağayev müasir iş dünyası reallıqları, gənclərin uğurlu karyera qurmaları yolunda qarşıya çıxa biləcək problemlər və onların həlli yolları, peşəkar və şəxsi inkişaf kimi mövzularda çıxış etdi, öz şəxsi təcrübəsini bölüşdü və tələbələrə tövsiyələrini verdi.
Təlimçi belə tədbirlərin keçirilməsində əsas məqsəd iş həyatında uğurlu olan peşəkarların təcrübələrini tələbələrimizlə bölüşmək və onların gələcək fəaliyyətlərinə dəstək olmaqdan ibarət olduğunu qeyd edərək, onlara dəyərli məsləhətlər verdi, mövzu ətrafında iştirakçıların çoxsaylı suallarını ətraflı cavablandırdı.
 
Mətbuat xidməti
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az