Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Peşəkar Spikerlər Seriyası” çərçivəsində təlimlər davam edir
SDU-da “Peşəkar Spikerlər Seriyası” çərçivəsində təlimlər davam edir
 Sumqayıt Dövlət Universitetinin Karyera və Məzunlarla İş Mərkəzi tələbələrin iş həyatına hazırlanması məqsədilə təşkil etdiyi “Peşəkar Spikerlər Seriyası” çərçivəsində təlimlərini davam etdirir. Növbəti belə təlim Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə birgə “Karyera və inkişaf” mövzusunda təşkil olundu.
Tədbiri giriş sözü ilə açan SDU-nun Karyera və Məzunlarla İş Mərkəzinin direktoru Nəsibə Əmirbəyova qonağı və iştirakçıları salamladı, PSS layihəsi çərçivəsində təşkil olunan təlimlərin gənclərin karyera quruculuğunda vacibliyini vurğuladı. Qeyd etdi ki, bu kimi təlimlərin davamlı keçirilməsində məqsəd gənclərin karyera və əmək bazarına inteqrasiya olunmasını təmin etmək və onlara müasir iş axtarışı bacarıqlarının aşılanmasıdır.
Sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İnsan Resursları üzrə direktor müavini, təlimçi Səidə Ağayeva “Karyera və inkişaf” mövzusunda çıxış edərək tələbələrə təmsil etdiyi müəssisə haqqında məlumat verdi, karyera planlaması, düzgün təqdimat etmək bacarığı, müsahibəyə hazırlıq, CV, rezüme yazılması, bilik və bacarıqların təkmilləşdirilməsi, fərdi fəaliyyət planı, idarəetmə səriştələrinə yiyələnmək, iş fəaliyyətinin təkmilləşmə prosesi və digər mövzularda təqdimatla çıxış etdi. Bu istiqamətdə öz təcrübəsini də tələbələrlə bölüşdü.
Təlimin sonunda mövzu ətrafında maraqlı fikir mübadiləsi aparıldı.
Mətbuat xidməti
 
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az