Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Təcrübəçi tələbələrimiz Aprel döyüşlərinə həsr olunmuş tədbir keçirdilər
Təcrübəçi tələbələrimiz Aprel döyüşlərinə həsr olunmuş tədbir keçirdilər
 Aprelin 5-də Sumqayıt Dövlət Universitetinin Tarix və coğrafiya fakültəsinin 827 saylı qrup tələbələri Sumqayıt şəhəri Zülfi Hacıyev adına 17 saylı tam orta məktəbdə və Riyaziyyat fakültəsinin 432 saylı qrup tələbələri 35 saylı tam orta məktəbdə Aprel döyüşlərinin 8-ci il dönümünə həsr olunmuş tədbir keçirdilər.
Əvvəlcə Aprel döyüşlərində, eləcə də torpaqlarımızın bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tələbələrimiz tədbirlərdə Aprel döyüşlərinin gedişi, nəticəsi barədə ətraflı məlumat verdilər. Aprel döyüşlərinin başvermə səbəbləri, Azərbaycan əsgərinin bu döyüşlər zamanı qəhrəmanlıq nümunələri göstərərək düşmənə dağıdıcı və sarsıdıcı zərbələr vurmasından danışdılar. Aprel döyüşlərində qazanılan qələbənin uğurlu Günnüt əməliyyatında, Tovuz döyüşlərində, Vətən müharibəsində, o cümlədən lokal xarakterli antiterror tədbirləri zamanı əldə etdiyimiz möhtəşəm Zəfərin başlanğıcı olduğunu vurğuladılar. 
Tədbirin yüksək səviyyədə təşkilinə görə Sumqayıt şəhəri Zülfi Hacıyev adına 17 saylı tam orta məktəbin direktoru Rəna Rufullayeva tələbələrimizi Fəxri fərmanlarla təltif etdi.
 
Mətbuat xidməti
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az