Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Aprel döyüşlərinin 8-ci ildönümü qeyd edildi
SDU-da Aprel döyüşlərinin 8-ci ildönümü qeyd edildi

 Azərbaycan Ordusunun Aprel qələbəsindən 8 il ötür. Bu münasibətlə Sumqayıt Dövlət Universitetinin fakültələrində Aprel döyüşlərinə həsr olunan tədbirlər keçirildi. Əvvəlcə Aprel döyüşlərində, eləcə də torpaqlarımızın bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Baş tutan tədbirlərdə Aprel döyüşlərinin tarixi əhəmiyyəti, gənclərin vətənpərvərlik ruhunun yükəldilməsi yönündə bu döyüşlərin rolundan danışıldı. Çıxışçılar qeyd etdilər ki, Aprel döyüşləri tariximizin şanlı və şərəfli səhifəsidir. Aprel döyüşləri xalqda Qarabağın azad edilməsi üçün inam yaratdı. Xalq-Ordu-Dövlət birliyi möhkəmləndi. Lələtəpədən başlayan qələbə Şuşaya qədər gedib çıxdı. Tədbirlərdə Aprel döyüşlərində torpaqlarımızın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhidlik zirvəsinə ucalan universitetimizin 2015-ci il məzunu, 1993-cü il təvəllüdlü Mikayıl Vahabzadə haqqında tələbələrə məlumat verildi. Şəhid olan məzunumuzun xatirəsi universitet əməkdaşları və tələbələri tərəfindən daima əziz tutulur, onun qəhrəmanlığı gələcək nəsillərə nümunə kimi təbliğ olunur.

 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az