Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU ilə KOBİA arasında əlaqələr genişlənir
SDU ilə KOBİA arasında əlaqələr genişlənir
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə SDU-nun əməkdaşlığı uğurla davam edir. Əlaqələri daha da genişləndirmək üçün tələbələrin KOBİA-nın regional şöbələrində təcrübə keçmək, ixtisasyönümlü layihələrdə iştirak etmək üçün əlverişli şərait yaradılıb. Bu əlaqələrin davamı olaraq aprelin 3-də SDU-nun rektoru dosent Rüfət Əzizov KOBİA-nın Abşeron regional koordinatorluğunun Sumqayıt nümayəndəsi Etibar Əliyevi və Regional layihələrlə monitorinq və iş şöbəsinin müdiri Kamran Bağırzadəni qəbul edib. Maraqlı keçən görüşdə tələbələrin startap layihələrinə dəstək, buraxılış qruplarının KOBİA-nın strukturlarında istehsalat təcrübəsi keçməsi, eləcə də nəticəyönümlü əməkdaşlığın genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
Sonra KOBİA təmsilçilərinin İqtisadiyyat və idarəetmə fakültəsinin müəllim və tələbə heyəti ilə görüşü keçirilib. KOBİA ilə İqtisadiyyat və idarəetmə fakültəsi arasında konkret əməkdaşlıq istiqamətində fikir mübadiləsi aparılıb.
Sonda KOBİA təmsilçiləri iştirakçıların suallarını cavablandırıblar.
 
 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az