Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da bədii yaradıcılıq festivalının baxış müsabiqəsi keçirilib
SDU-da bədii yaradıcılıq festivalının baxış müsabiqəsi keçirilib
Aprelin 2-də Sumqayıt Dövlət Universitetində Azərbaycan Respublikası  Elm və Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin Rəyasət Heyətinin qərarı ilə ali, orta və ilk peşə ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən bədii yaradıcılıq festivalının baxış müsabiqəsi keçirildi.
Hər il keçirilən festival milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörməti inkişaf etdirmək məqsədi daşıyır.
Festivalın baxış müsabiqəsində tələbələrin ifa etdikləri şeirlər, yerli və xarici musiqilər, rəqs növləri münsiflər heyəti tərəfindən izlənildi. Tələbələrin müxtəlif sahələr üzrə: ifaçılıq, rəqs, bədii qiraət, aşıq havalarını ifaetmə bacarıqları münsiflər heyəti tərəfindən maraqla qarşılandı.
İstedadlı tələbələrin müəyyən edilməsi Azərbaycan Respublikasının tanınmış mədəniyyət və incəsənət xadimlərindən ibarət münsiflər heyəti tərəfindən həyata keçirildi.
Münsiflər heyətinin tərkibində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin şöbə müdiri Rüstəm Nəzirov, Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu, Opera və Balet Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyev, Azərbaycan Milli Konservatoriyasının müəllimi Arslan Növrəsli, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının müəllimi, əməkdar artist Nigar Şahmuradova kimi dəyərli sənət xadimləri yer alırdı.
Qeyd edək ki, festival qaliblərinin yekun konserti may ayında keçiriləcək və qaliblər Elm və Təhsil Nazirliyi və ATİAHİ-nin diplom və hədiyyələri ilə mükafatlandırılacaqlar.
 
 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az