Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Təkərli kitab dükanı” SDU-da
“Təkərli kitab dükanı” SDU-da
Aprelin 3-də Sumqayıt Dövlət Universitetinin əsas tədris binasında “Qanun” nəşriyyatının təşkilatçılığı ilə kitab satış yarmarkası təşkil olundu. Azərbaycanda maarifçiliyin və oxu mədəniyyətinin inkişafı üçün “Təkərli kitab dükanı” sosial bir layihə olaraq, regionları, kəndləri gəzməklə kitabları təbliğ edir. Layihənin yaradılmasında məqsəd məqsəd gəlir əldə etmək deyil, kitabı daha da əlçatan etmək, kitaba maraq oyatmaqdır.
SDU-nun müəllim, tələbə və əməkdaşları satış yarmarkasında nəşriyyatın müxtəlif dillərdə nəşr olunmuş kitablarını 20 faiz endirimlə əldə ediblər.
Sumqayıt Dövlət Universitetində təşkil olunan sərgidə tələbələrin maraq dairəsinə uyğun, elmi-populyaryönlü, həm tərcümə ədəbiyyatı, həm də yerli müəlliflərin əsərləri yer alırdı ki, bu da tələbələr tərəfindən böyük maraqla qarşılanıb.
 
Mətbuat xidməti
 
  
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az