Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dünya məktəbinin şagirdləri SDU-da ekskursiyada olublar
Sumqayıt Dünya məktəbinin şagirdləri SDU-da ekskursiyada olublar
Martın 12-də Sumqayıt Dünya məktəbinin bir qrup şagirdi Sumqayıt Dövlət Universitetinin Təbiət elmləri fakültəsinin təşəbbüsü ilə universitetdə ekskursiyada olublar.
Təbiət elmləri fakültəsinin dekanı dosent Rəşad Səlimov, dekan müavini dosent Sabir Ələkbərov və universitetin Karyera və Məzunlarla iş Mərkəzinin direktoru Nəsibə Əmirbəyova şagirdlərə SDU haqqında geniş məlumat verdilər. Rəşad Səlimov qeyd etdi ki, bu gün Sumqayıt Dövlət Universiteti yalnız elm və təhsil müəssisəsi kimi deyil, həm də mədəni mərkəz kimi öz fəaliyyətini bütün sahələrdə davam və inkişaf etdirir. Nəsibə Əmirbəyova isə universitetin şəhər ümumtəhsil məktəbləri ilə əlaqələrinin genişləndirilməsi istiqamətində görülən işlər barədə geniş çıxış etdi. Qeyd etdi ki, bu istiqamətdə tələbələrimiz orta ümumtəhsil məktəblərində pedaqoji təcrübədə olur, qazandıqları nəzəri bilik, bacarıq və vərdişləri tətbiq etməklə özlərini bu prosesdə sınayırlar.
Məktəblilər universitetin tədris binalarını gəzib, burada fəaliyyət göstərən Heydər Əliyev Mərkəzində, ayrı-ayrı fakültələrdə, auditoriyalarda, laboratoriyalarda, Elmi kitabxana, tədris otaqları və idman zalında, eləcə də Tələbə evində oldular. Həmçinin tələbələrin asudə vaxtlarını səmərəli keçirmələri üçün universitetin həyətində təşkil edilən şəraitlə yaxından tanış oldular.
Daha sonra şagirdlər fakültədə kimya və biologiya fənnlərinə aid müxtəlif laboratoriya işləri ilə yaxından tanış oldular və universitetdən xoş təəssüratlarla ayrıldılar.
 
 Mətbuat xidməti
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az