Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib
SDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib
Martın 11-də Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Sumqayıt şəhər Komitəsinin sədri Xudaverdi Əliyevin iştirakı ilə Sumqayıt Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) hesabat-seçki yığıncağı keçirildi.
Yığıncaqda Sumqayıt Dövlət Universitetinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov çıxış edərək son illər ərzində Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən görülən işlər haqqında danışdı və sədr vəzifəsinə yeni seçiləcək namizədə uğurlar arzuladı.
SDU THİK-nin sədri Elmin Novruzlu komitənin ötən dövr ərzindəki fəaliyyətinə dair hesabatla çıxış etdi. Bildirdi ki, SDU THİK hazırda tələbələrin ictimai həyatda aktiv və mənəvi səviyyəsini yüksəltməyi qarşısına məqsəd qoyan bir qurum kimi fəaliyyət göstərir, tələbələrin sosial problemlərinə diqqətlə yanaşır, onlara mütəmadi olaraq maddi yardımlar göstərir, imkansız və şəhid ailələrindən olan tələbələri hər dərs günü gündə bir dəfə isti yeməklə təmin edir, ictimai işlərdə fəal və dərs əlaçısı olan tələbələrə həmkarlar təşkilatının təqaüdünü verir.
Hesabat dinlənildikdən sonra səsə qoyularaq qənaətbəxş hesab edildi.
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Sumqayıt şəhər Komitəsinin sədri Xudaverdi Əliyev SDU-nun Həmkarlar İttifaqı Komitəsinin gördüyü işləri qənaətbəxş hesab etdi. Komitənin daima yeni layihələr, sosial təşəbbüslərlə çıxış etdiyini və fəallığı ilə seçildiyini bildirdi.
İclas sədr seçkisi ilə davam etdi. Komitə üzvlərinin böyük səs çoxluğu ilə Elmin Novruzlu Tələbə Həmkarlar İttifaqı Komitəsinin yeni sədri seçildi.
Sonda Elmin Novruzlu ona göstərilən etimada görə universitet və ATİAHİ rəhbərliyinə təşəkkürünü bildirdi.
 
Mətbuat xidməti
 
 
 
  
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az