Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Növbəti “Enactus SDU” komandasının formalaşdırılması ilə bağlı infosessiya keçirilib
Növbəti “Enactus SDU” komandasının formalaşdırılması ilə bağlı infosessiya keçirilib
Martın 11-də Sumqayıt Dövlət Universitetində 2024-cü il üçün universitetin Enactus komandasının formalaşdırılması ilə bağlı infosessiya keçirildi.
“Enactus SDU” komandasının prezidenti Səid Əliyev iştirakçıları salamlayaraq Enactus komandasının fəaliyyətindən, bu sahədə həyata keçirilən layihələrdən, proqramın gənclər üçün əhəmiyyətindən danışdı. Bildirdi ki, ENACTUS - biznesin müsbət gücü ilə daha yaxşı və daha davamlı dünya yaratmaq üçün bu günün və sabahın liderlərini bir yerə toplayan beynəlxalq təşkilatdır. O, gənclərin innovativ layihələrə cəlb edilməsinin, sahibkarlıq ideyasının tələbələr arasında təbliğ edilməsinin önəmindən bəhs edərək 2024-cü il üçün SDU-nun Enactus komandasının formalaşdırılması məqsədilə komanda tərkibi və milli yarışın keçirilməsi  barədə ətraflı məlumat verdi.
Sumqayıt Dövlət Universitetində ilk dəfə Enactus komandasının 2015-ci ildə yaradıldığını və bugünədək aktiv fəaliyyət göstərdiyini qeyd edən Səid Əliyev yüksək potensiala malik olan SDU “Enactus” komandasına uğurlar arzuladı.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı. 
 
Mətbuat xidməti
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az