Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da VII Debat-natiqlik turnirinə start verildi
SDU-da VII Debat-natiqlik turnirinə start verildi
Martın 9-da Sumqayıt Dövlət Universitetində THİK-in dəstəyi, Debat klubunun təşkilatçılığı ilə "Yaşıl Dünya naminə həmrəylik ili"nə həsr olunmuş "Dünya dövlətlərinin alternativ enerji mənbələrinin istifadəsinə keçid etməsi labüddür" mövzusunda VII Debat-natiqlik turnirinə start verildi. 
SDU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov çıxış edərək iştirakçıları salamladı və onlara uğurlar arzuladı. Prorektor debatın mövzusunun əhəmiyyətindən danışdı. Bildirdi ki, alternativ enerjiyə keçid ölkəmizin qarşısında duran əsas hədəflərdən biridir. Ölkəmiz bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malikdir. Artıq işğaldan azad olunmuş ərazilərin yaşıl enerji zonasına çevrilməsi prosesi başlanılmışdır.
Daha sonra Debat klubunun sədri Anar Qurbanov turnir haqqında məlumat verərək turnirdə 14 komandanın iştirak etdiyini qeyd etdi. O, debatın gənclərin natiqlik, araşdırma, inandırma və təqdimetmə bacarıqlarının inkişaf etdirilməsi məqsədi ilə keçirildiyini bildirdi.
Yarışı universitetimizin tələbələrindən ibarət hakimlərlə yanaşı, Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyinin hakimləri idarə edirdilər.
Qeyd edək ki, qalib komandalar növbəti həftələrdə müəyyən olunacaq.

 

Mətbuat xidməti

 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az