Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Beynəlxalq Qadınlar Günü münasibətilə intellektual bilik yarışı keçirildi
SDU-da Beynəlxalq Qadınlar Günü münasibətilə intellektual bilik yarışı keçirildi
Martın 7-də Sumqayıt Dövlət Universitetinin Elmi kitabxanasında SDU-nun Azad Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş xanım əməkdaşlar arasında intellektual bilik yarışı keçirildi.
Yarışdan öncə SDU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov xanım əməkdaşları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik etdi və yarışda onlara uğurlar arzuladı.
Yarış 3 turdan və hər tur 12 sualdan ibarət idi.
Gərgin və maraqlı rəqabət mühitində keçən bilik yarışında Filologiya fakültəsinin komandası I, Tarix və coğrafiya fakültəsinin komandası II, Təbiət elmləri fakültəsinin komandası III yerin qalibi oldular.
Yarışın sonunda rektor dosent Rüfət Əzizov çıxış edərək 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə bütün xanımları təbrik etdi, onlara xoş arzularını çatdırdı. Azərbaycan qadınının yüksək pillələrdə dayandığını, ölkə daxilində və beynəlxalq aləmdə böyük nailiyyətlər qazanaraq ictimai həyatın bütün sahələrində öz sözünü dediyini qeyd etdi.
Sonda rektor qalib komandalara Fəxri fərman və hədiyyələr təqdim etdi.
 
Mətbuat xidməti
 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az