Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə bir qrup tələbə mükafatlandırılıb
8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə bir qrup tələbə mükafatlandırılıb
Martın 7-də Sumqayıt Dövlət Universitetinin rektoru dosent Rüfət Əzizov universitetin ictimai-siyasi həyatında fəal iştirak edən xanım tələbələrlə görüşüb.
SDU-nun xanım tələbələrini qarşıdan gələn 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edən dosent Rüfət Əzizov qadınlara göstərilən dövlət qayğısından, onların cəmiyyətimizdə tutduqları yüksək mövqedən və bu istiqamətdə həyata keçirilən mühüm tədbirlərdən danışıb. Bildirib ki, qadınlarımız ölkənin bütün ali orqanlarında əzmlə, məsuliyyətlə çalışırlar. Bu gün Azərbaycan qadını dərin zəkası, savadı, biliyi, istedadı ilə bütün sahələrin inkişafına töhfə verir. Xüsusilə, qadınların elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə qazandıqları nailiyyətlər Azərbaycan qadınının çox böyük potensiala malik olduğunu bir daha təsdiq edir.
Rektor Sumqayıt Dövlət Universitetinin xanım tələbələrinin də istər elmi, istərsə də ictimai-siyasi həyatda fəallıq nümayiş etdirib universitetimizi layiqincə təmsil etdiklərini qeyd etdi. Sonra universitetin ictimai-siyasi həyatında fəal iştirak edən xanım tələbələri mükafatlandıraraq, onlara Fəxri fərmanlar təqdim etdi və yeni-yeni uğurlar arzulayıb.
 
 Mətbuat xidməti
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az