Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Beynəlxalq Qadınlar Günü qeyd olunub
SDU-da Beynəlxalq Qadınlar Günü qeyd olunub
Martın 7-də Sumqayıt Dövlət Universitetində Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirildi.
Tədbiri giriş sözü ilə rektor dosent Rüfət Əzizov açaraq universitetin xanım əməkdaşlarını qarşıdan gələn 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik etdi, rəhbərlik etdiyi müəssisədə çox sayda xanımların çalışdığını diqqətə çatdıraraq bildirdi ki, xanımlarımız rəhbər vəzifələrdə çalışır, elmi tədqiqatlarla məşğul olur, pedaqoji fəaliyyət göstərərək ölkənin və Sumqayıt Dövlət Universitetinin ictimai-siyasi həyatında fəal iştirak edir, elmin və təhsilin inkişafına öz dəyərli töhfələrini verirlər.
Rektor Azərbaycan qadınlarının tarixdəki və müasir cəmiyyətimizdəki rolundan bəhs edərək bildirdi ki, tarixən Azərbaycan qadını ölkə həyatı və taleyi ilə bağlı ictimai-siyasi proseslərin gedişində üzərlərinə düşən vəzifələrin öhdəsindən ləyaqətlə gəlmiş, milli dövlətçilik mövqeyindən fəal çıxış etmişlər. Sevindirici haldır ki, bu gün Azərbaycan Respublikasında həyata keçirilən gender siyasəti tarixi ənənələr və müasir dövrün tələbləri ilə uzlaşır. Qeyd edək ki, müstəqil Azərbaycanda qadınların cəmiyyətin müxtəlif sahələrində fəal iştirakının təmin edilməsi Ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Məhz Ulu Öndərin ölkəmizə rəhbərliyi dövründə Azərbaycanda qadın hərəkatı yeni vüsət almış, bu gün də Azərbaycan qadını ölkə Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həyatımızın bütün sahələrində layiqincə təmsil olunur. Ümumiyyətlə, Azərbaycan qadınları bütün tarixi dövrlərdə fəal iştirak edərək, cəmiyyətimizin inkişafına öz töhfələrini verirlər.
Çıxışdan sonra Rüfət Əzizov Sumqayıt Dövlət Universitetinin ictimai-siyasi həyatında öz fəallığı ilə fərqlənən bir qrup xanım əməkdaşı Fəxri fərmanla təltif etdi və onlara fəaliyyətlərində yeni-yeni uğurlar arzuladı.
 
Mətbuat xidməti
 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az