Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Müəllimlərimiz TOT təlimlərini uğurla başa vurub
Müəllimlərimiz TOT təlimlərini uğurla başa vurub

Təlimçilərin təlimçilik keyfiyyətinin artırılması, təlim proqramının qurulması və qiymətləndirilməsi, peşəkar təqdimetmə bacarıqlarının inkişaf etdirilməsini hədəfləyən “Təlimçilər üçün təlim” proqramı uğurla başa çatıb.
Sumqayıt Dövlət Universitetinin 60 əməkdaşı ASAN İnnovativ İnkişaf Mərkəzi tərəfindən təşkil olunan təlim proqramını uğurla başa vuraraq sertifikatlara layiq görülüblər.
Fevralın 25-i baş tutan təltifetmə mərasimində SDU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov rektor dosent Rüfət Əzizovun adından müəllimləri təbrik edərək, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Elmar Xəlilov əməkdaşların qazandıqları bilik və bacarıqların SDU-da tədrisin keyfiyyətinə müsbət təsir edəcəyindən əminliyini ifadə edib.

Mətbuat xidməti

 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az