Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tələbələrimiz “Mənim peşəm İT mütəxəssisidir” adlı təlimi uğurla başa vurublar
Tələbələrimiz “Mənim peşəm İT mütəxəssisidir” adlı təlimi uğurla başa vurublar

21-22 fevral tarixlərində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə yardımı ilə “Avropa Tələbələr Forumu-Sumqayıt” İctimai Birliyinin “Mənim peşəm İT mütəxəssisidir” adlı layihəsində Sumqayıt Dövlət Universitetinin Mühəndislik fakültəsinin 38 nəfər tələbəsi iştirak etmişdir. Layihənin tərəfdaşı Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasıdır.
2 gün davam edən təlimin məqsədi gənclər üçün İKT sahəsində uğurlu karyera qurmaq imkanları yaratmaq, xüsusilə Azərbaycanın bölgələrində yaşayan gənclərin İT sektorunda fəal iştirakına və bu sektorda olan gender bərabərsizliyinin azaldılmasına nail olmaqdır.
Təlimi uğurla bitirən tələbələrimizə sertifikat və hədiyyələr təqdim olunub.

Mətbuat xidməti

 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az