Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş “Zülmətdən işığa” adlı ədəbi-bədii tədbir keçirildi
SDU-da Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş “Zülmətdən işığa” adlı ədəbi-bədii tədbir keçirildi
Fevralın 23-də Sumqayıt Dövlət Universitetində Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş “Zülmətdən işığa” adlı ədəbi-bədii tədbir keçirildi.
Tədbirdə Abşeron-Xızı regional təhsil idarəsinin müdiri İlhamə Abdullayeva, Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə, Abşeron-Xızı Regional Gənclər və idman idarəsinin rəisi Telman Kərimov, “Gilan” Tekstil Parkının İnsan Resursları üzrə aparıcı mütəxəssisi Aygül Quliyeva,Tekstil Parkının bazasında Boya fabrikinin direktoru Eren Çakıroğlu və universitetin professor-müəllim, tələbə heyəti iştirak edirdilər.
Əvvəlcə tədbir iştirakçıları Xocalı soyqırımı ilə əlaqədar universitetin foyesində təşkil olunmuş “Xocalıdan izlər” adlı fotosərgiyə baxış keçirdilər.
Böyük Akt zalında davam edən tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan rektor dosent Rüfət Əzizov Azərbaycan xalqının tarixinə qara səhifə kimi yazılmış Xocalı faciəsinin dəhşətlərindən bəhs etdi. Qeyd etdi ki, xalqımızın və bəşəriyyətin tarixinə qanlı faciə kimi daxil olmuş Xocalı soyqırımından 32 il keçir.
Rektor Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı yönəlmiş cinayət və terrorçuluq fəaliyyətinin XXI əsrdə də davam etdirildiyini iştirakçıların diqqətinə çatdırdı. Bildirdi ki, Xocalı soyqırımına yalnız Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və diqqəti sayəsində hüquqi-siyasi qiymət verilmişdir. Bu gün Xocalı soyqırımı ilə bağlı həqiqətlərin beynəlxalq aləmdə təbliği və günahkarların öz cəzasını alması istiqamətində Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ardıcıl tədbirlər həyata keçirilir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət” kampaniyası çərçivəsində Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində məqsədyönlü işlər aparılır.
Rüfət Əzizov Xocalı soyqırımı həqiqətlərinin heç zaman unudulmayacağını bildirərək, bu həqiqətlərin dünya ictimaiyyətində tanıdılmasında  Azərbaycan gəncliyinin rolunu vurğuladı və bu  istiqamətdə gəncləri daha da fəal olmağa səslədi.
Daha sonra tələbələrin ifasında “Zülmətdən işığa” adlı ədəbi-bədii kompozisiya nümayiş olundu.
 
Mətbuat xidməti
 
 

 

 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az