Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun təcrübəçi tələbələri 10 saylı tam orta məktəbdə tədbir təşkil ediblər
SDU-nun təcrübəçi tələbələri 10 saylı tam orta məktəbdə tədbir təşkil ediblər
SDU-nun tələbələri pedaqoji təcrübədə olduqları Sumqayıt şəhər 10 saylı tam orta məktəbin 2ç sinfi ilə Beynəlxalq Ana dili gününə həsr olunmuş tədbir təşkil ediblər. Tədbirdə 10 saylı məktəbin direktoru Səmra Quluzadə, təcrübə rəhbəri Tapdıq Hacıyev və bir sıra təcrübəçi müəllimlər iştirak ediblər.
Tədbirdə hər il fevral ayının 21-nin dünyada Beynəlxalq Ana dili günü kimi qeyd olunduğu, ana dilinin qorunmasının ayrı-ayrı xalqların deyil, ümumilikdə bəşəriyyətin qayğısı olduğu fikirləri vurğulanıb.
Təcrübəçi tələbələr Zəhra Qafarova və Nərmin Qardaşxanlı Ümummilli lider Heydər Əliyevin doğma dilimizin inkişafı yolundakı fəaliyyətindən bəhs edərək qeyd ediblər ki, 2001-ci ildə latın qrafikalı Azərbaycan əlifbasına keçidin uğurla başa çatdırılması üçün qanunvericilik bazası yaradılıb, Prezident Heydər Əliyevin 2001-ci il avqustun 9-da imzaladığı Fərmanla avqustun 1-i Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü elan edilib.
Bu Fərmanın dilimizin qorunması və inkişaf etdirilməsi istiqamətində atılan ən yaxşı addımlardan olduğunu vurğulayan tələbələr şagirdlərə ana dilimizin əhəmiyyətindən və dəyərindən danışıblar.
Tədbirdə şagirdlərin ifalarında mahnılar oxunub, Azərbaycan əlifbasının hərflərinə və ana dilinə həsr olmuş şeirlər səsləndirilib, “Gələcəyə iz qoyaq” şüarı ilə əyləncəli boya oyunu təşkil olunub. 
 
Mətbuat xidməti
 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az