Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da tələbələrin pedaqoji və istehsalat təcrübələri başlayıb
SDU-da tələbələrin pedaqoji və istehsalat təcrübələri başlayıb
2023/2024-cü tədris ilinin yaz semestrinin başlaması ilə Sumqayıt Dövlət Universiteti (SDU) tələbələrinin istehsalat və pedaqoji təcrübələrinə start verilib. Bununla əlaqədar olaraq fevralın 16-da təcrübələrə gedəcək tələbələrlə görüş təşkil edilib.
May ayının 24-nə kimi davam edəcək təcrübələrdə tələbələrin bu müddət ərzində görəcəkləri işlərdən söz açılıb, təcrübə prosesinin tələbələrin tədris prosesində topladıqları nəzəri biliklərin praktiki vərdişlərlə keçirilməsi üçün mühüm məqam olduğu vurğulanıb.
Çıxış edənlər pedaqoji təcrübənin keçirilməsində metodist müəllimlərin, istehsalat təcrübələrində isə universitetin əməkdaşları ilə bərabər təfədaş təşkilatların ayırdıqları mütəxəssislərin onlara dəstək olacaqlarını vurğulayıb, tələbələrə uğurlar arzulayıblar.
İstehsalat təcrübəsində olacaq tələbələrimiz bu müddətdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu, AMEA Folklor İnstitutu, Dövlət Sosial Müdafiə Fondu, “SOCAR POLİMER”, “SOCAR Downstream” MMC, “Sumqayıt Texnologiyalar Parkı” MMC, “AZERTEXNOLAYN” MMC, “Neftqazavtomat EİM” MMC, “GİLTEX” MMC, “Grandmart” MMC, “Atəşgah” Sığorta Şirkəti ASC, “Azenerji” ASC, “Rabitə bank” MMC, “Bank Avrasiya” ASC, “Gilan Holdinq”, “AZTELEKOM” MMC Sumqayıt Telekommunikasiya Qovşağı, Sumqayıt “ASAN xidmət” Mərkəzi, “Azərişıq” ASC Nəqliyyat və Logistika Mərkəzi, Mikrobiologiya İnstitutu, Polimer Materialları İnstitutunda, habelə Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatı, Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Azərbaycan Respublikası Mərkəzi Dövlət Arxivinin Sumqayıt filialı, Sumqayıt şəhər Tarix Muzeyi, Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsi, Sumqayıt Statistika şöbəsi, Sumqayıt Bələdiyyəsi və Abşeron DOST Mərkəzində təcrübə keçəcəklər.
Pedaqoji təcrübədə olan tələbələr isə Bakı və digər regionlarda, həmçinin Sumqayıt şəhərindəki təhsil müəssisələrində - Sumqayıt şəhər İnteqrasiya təlimli İnternat Gimnaziyası, Sumqayıt şəhər İdrak Liseyi, Xəzər Universitetininin Dünya məktəbi, Sumqayıt şəhər Təfəkkür liseyi, Sumqayıt şəhərindəki 39 saylı, 26 saylı, Milli Qəhrəman Polad Həşimov adına 28 saylı, 22 saylı, 23 saylı, Zülfi Hacıyev adına Sumqayıt şəhər 17 saylı, 31 saylı, 35 saylı tam orta məktəblərində, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda olacaqlar.
 
Mətbuat xidməti
 
 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az