Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da "İdarəetmə psixologiyası" adlı infosessiya keçirilmişdir
SDU-da "İdarəetmə psixologiyası" adlı infosessiya keçirilmişdir
7 dekabr tarixində Sumqayıt Dövlət Universitetinin İnnovasiya Yaradıcılıq Mərkəzi və Kimya və biologiya fakültəsinin birgə təşkilatçılığı ilə Böyük Akt zalında "İdarəetmə psixologiyası" adlı infosessiya keçirilmişdir.
Əvvəlcə İnnovasiya Yaradıcılıq Mərkəzinin universitet üzrə rəhbər koordinatoru Səid Əliyev çıxış edərək Mərkəz haqqında qısa məlumat vermişdir. Daha sonra bədən dili və proqramlaşdırılması üzrə mütəxəssis Raman İsmayılov StartUp və bədən dili ilə bağlı çıxış etmişdir.
İnfosessiya interaktiv şəkildə davam edib. Sonda tələbələr ilə ümumi sual-cavab hissəsi olmuş, müzakirələr aparılmışdır.
Qeyd edək ki, infosessiyanın məqsədi “Proqramlaşdırma”, “Liderlik və idarə etmə”, “Səhnə danışığı və təqdimat”, “Kitaboxuma sənəti”, “Ünsiyyət etikası”, “İdarəetmə psixologiyası”, “Antitənbəllik” olmaqla 7 istiqamət üzrə keçiriləcək təlimlər barədə tələbələri məlumatlandırmaq olmuşdur.
 
Mətbuat xidməti
 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az