Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun tələbələri Beynəlxalq “STEAM Azərbaycan” Festivalında gümüş medal qazanıblar
SDU-nun tələbələri Beynəlxalq “STEAM Azərbaycan” Festivalında gümüş medal qazanıblar
Dekabrın 4-də Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində Beynəlxalq “STEAM Azərbaycan” Festivalı 2023-ün açılış mərasimi keçirilib.
Açılış mərasimində dövlət qurumlarının rəsmiləri, millət vəkilləri, rektorlar, Elmi-tədqiqat institutlarının direktorları, tanınmış ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Açılış mərasimində çıxış edən Elm və təhsil naziri Emin Əmrullayev qonaqları salamlayaraq üçüncü ildir ki, ənənəvi olaraq keçirilən festivalın təhsil sahəsində nüfuzlu və əhəmiyyətli tədbir olduğunu deyib. Nazir həmçinin 2025-ci ildə yeni yazılacaq elm və təhsil standartlarında STEAM-in bəzi elementlərinin milli kurikulumun bir hissəsinə çevrilməsinin nəzərdə tutulduğunu, yeni standartlarda 3D robototexnikanın bəzi elementlərinin texnologiya fənninin məzmununa daxil olunacağını bildirib. Nazir vurğulayıb ki, qarşıda duran məqsəd gələcək nəslin ənənəvi olaraq humanitar və ya texniki yönlərə bölünməklə yox, hərtərəfli inkişafını təmin etməkdir.
Emin Əmrullayev çıxışının sonunda festivalın təşkilində əməyi olan hər kəsə təşəkkür edib, iştirakçılara uğurlar arzulayıb.
Daha sonra çıxış edən “STEAM Azərbaycan” layihəsinin rəhbəri İqrar Nəzərov layihə və festival barədə ətraflı məlumat verib.
Qeyd edək ki, “STEAM Azərbaycan” Festivalında SDU-nun Mühəndislik fakültəsinin II kurs tələbələri Səxavət Cəfərli və Amin Nəcəflidən ibarət komandamız təsnifat mərhələsini uğurla keçərək, finalda gümüş medala layiq görülüblər.
Professor Cavanşir Məmmədovun mentorluğu ilə festivalın “Deep Dive” (sualtı dronlar) nominasiyasında iştirak edən komandamız təşkilatçılar tərəfindən texniki dəstək alıblar.
Tələbələrimizi təbrik edir, yeni-yeni uğurlar arzu edirik.
 
Mətbuat xidməti
 
 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az