Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “İdeyanı Reallaşdır 2023” qrant müsabiqəsi haqqında infosessiya təşkil edilib
SDU-da “İdeyanı Reallaşdır 2023” qrant müsabiqəsi haqqında infosessiya təşkil edilib
Dekabrın 7-də Sumqayıt Dövlət Universitetində Tələbə Gənclər Təşkilatının dəstəyi ilə Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən “İdeyanı Reallaşdır 2023” Gənclərin Fərdi Layihələr üzrə Qrant Müsabiqəsi barədə infosessiya təşkil edilib, tələbələr Gənclər Fondunun qısa tarixi, məqsədləri, prinsipləri, istiqamətləri və Qrant müsabiqələrinin keçirilməsi haqqında maarifləndirilib və onları maraqlandıran suallar cavablandırılıb.
Əvvəlcə universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov çıxış edərək iştirakçılara rektor Rüfət Əzizovun salamını çatdırdı və müsabiqənin gənclərin inkişafında, onların bilik və bacarıqlarının artırılmasında xüsusi əhəmiyyətə malik olduğunu bildirdi. Qeyd etdi ki, keyfiyyətli təhsilin gənclər üçün əlçatanlığının artırılması və savadlı, dövlətinə, milli-mənəvi dəyərlərə bağlı gəncliyin yetişdirilməsi, gənclərə dövlət qayğısı, eləcə də sosial müdafiəyə ehtiyacı olan gənclərin dəstəklənməsi Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət gənclər siyasətinin ana sütünunu təşkil edir. Bu istiqamətdə cənab Prezidentin təşəbbüskarı olduğu insan kapitalının inkişafı konsepsiyasına uyğun olaraq, gənclər üçün son illərdə çoxsaylı imkanlar yaradılıb. Bu kimi müsabiqələrin həyata keçirilməsi Azərbaycan gəncliyinin inkişafında xüsusi önəm kəsb edir.
Gənclər Fondunun Proqram və layihələrin idarə olunması şöbəsinin Layihələr üzrə mütəxəssisi Ceyhun Bayramovmüsabiqə barədə ətraflı məlumat verərək bildirdi ki, müsabiqə istedadlı və innovativ yanaşmaları ilə seçilən gənclərin bacarıqlarının üzə çıxmasında böyük rol oynayır. Ötən illərdə olduğu kimi Fond gənc nəslin fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsinə, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, ictimai fəallığının artırılmasına, innovativ ideyalarının, yaradıcı təşəbbüslərinin, asudə vaxtlarının səmərəli təşkilinin reallaşdırılmasına yönəlmiş layihələri dəstəkləmək, habelə dövlət gənclər siyasətinin icrası prosesində yaxından iştirak etmək istəyən ictimai fəal gənclər üçün 23 noyabr 2023-cüil tarixindən etibarən Azərbaycan Respublikasının vətəndaşı olan 18-29 yaşlı gəncləri Müsabiqədə iştirak etmək üçün fərdi layihə təkliflərini təqdim etməyə dəvət edir.
Qeyd edək ki, layihə müraciətləri Fondun E-xidmətlər Sistemi www.youthfoundation.az vasitəsilə müsabiqəyə təqdim edilə bilər. 
Mətbuat xidməti
 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az