Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tanınmış mütəxəssisin karyera problemlərinə baxışı
Tanınmış mütəxəssisin karyera problemlərinə baxışı
Dekabr ayının 6-da SDU-nun müəllimləri üçün Nəcməddin Ərbakan Universitetinin Pedaqoji fakültəsinin dosenti doktor Süleyman Barbaros Yalçının moderatorluğu ilə “Peşə seçimində başlıca amillər” mövzusunda təlim keçirilib.
SDU-nun Karyera və Məzunlarla İş Mərkəzinin müdiri Nəsibə Əmirbəyova tədbiri giriş sözü ilə açaraq yalnız qardaş Türkiyədə deyil, eyni zamanda yaşadığımız regionda peşə seçimi üzrə ciddi mütəxəssislərdən sayılan Nəcməddin Ərbakan Universitetinin Pedaqoji fakültəsinin dosenti doktor Barbaros Yalçını təlim iştirakçılarına təqdim edib.
Təlim iştirakçılarının niyə tələbələr deyil, müəllimlərdən ibarət olduğuna aydınlıq gətirən Mərkəz rəhbəri fikrini belə əsaslandırdı: “Təlim auditoriyasının seçilməsi təsadüfi deyil, biz istədik ki, ilk olaraq karyera yönləndirilməsində əsas rollardan birini oynayan müəllimlərimiz hörmətli qonağımızın bu istiqamətdə təcrübəsini bölüşsünlər”.
Universitet olaraq prioritet istiqamət kimi tələbələrə yüksək təhsil verməklə bərabər, onların gələcək karyeralarında əsaslı rol oynamaq kimi iddialı öhdəlik barədə danışan Nəsibə Əmirbəyova gələcəkdə karyera qurmaq istiqamətində fənlərin tədris proqramına salınacağının istisna edilmədiyini qeyd etdi.
Doktor Barbaros Yalçın uzun müddət karyera problemləri ilə məşğul olduğunu, vətəndə Karyera Mərkəzi qurduğunu qeyd edərək karyeraqurmanın bir elm olaraq XXI əsrdə dünyanın aparıcı universitetləri üçün başlıca hədəfə çevrildiyini vurğuladı. Azərbaycanda olduğu müddətdə insanların istedadına heyran qaldığını qeyd edən mütəxəssis karyeraqurmanı əsas hədəf kimi seçdiyinə görə böyük sənaye potensialı olan Sumqayıtın yeganə ali təhsil ocağına uğurlar arzuladı.
İştirakçıların adı gedən mövzularda qaldırdığı polemik situasiyalarla zəngin təlim maraqlı məqamlarla sona yetdi. 
 
Mətbuat xidməti
 
 
 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az