Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Code For Future” təhsil layihəsi barədə infosessiya təşkil edildi
SDU-da “Code For Future” təhsil layihəsi barədə infosessiya təşkil edildi
Dekabrın 6-da Sumqayıt Dövlət Universitetinin tələbələri üçün “Code Academy” ilə Elm və Təhsil Nazirliyinin birgə həyata keçirdiyi “Code for future” layihəsi barədə infosessiya təşkil edildi.
Tədbirdə çıxış edən universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov layihənin tələbələr üçün önəmindən danışdı. Bildirdi ki, bu gün SDU-nun əsas hədəfi təhsil alanların yüksək səviyyədə və zamanın tələblərinə uyğun dil və informasiya texnologiyaları (İT) üzrə bilik və səriştələri kifayət qədər olan mütəxəssis kimi yetişdirilməsidir. Bu baxımdan  layihə tələbələr üçün böyük əhəmiyyət kəsb edərək onların gələcək fəaliyyətlərində öz müsbət təsirini göstərəcək.
“Code For Future” layihəsinin təhsil meneceri Şəhriyar Məmmədli layihənin məqsədi və layihə çərçivəsində həyata keçirilən işlər barədə ətraflı məlumat verərək qeyd etdi ki, ixtisaslı mütəxəssislər tərəfindən idarə edilən layihə tələbələrə informasiya texnologiyaları, mühəndislik və memarlıq sahələrində ödənişsiz dərs almaq imkanı ilə yanaşı, nəzəri və praktiki təcrübə qazandıracaq. Layihədə iştirak etmək istəyən tələbələr qəbul imtahanına dəvət olunacaq. İmtahandan uğurla keçənlər isə tədrisə cəlb olunacaqlar. Layihənin sonunda tədrisi uğurla bitirən tələbələr beynəlxalq sertifikat və “Code Academy” şirkətinin diplomunu almaq şansı əldə edəcəklər.
Şəhriyar Məmmədli onu da diqqətə çatdırdı ki, Sumqayıt şəhəri üzrə qeydiyyat dekabrın 6-dan 12-dək onlayn formatda aparılacaq.
SDU-nun Rektor müşaviri Elşad Abdullayev çıxış edərək tələbələrə layihənin əhəmiyyətindən, əmək bazarının tələblərinə uyğun kadr kimi formalaşmasındakı üstünlüklərindən danışdı və “Code Academy”dən faydalanmağı tövsiyə etdi.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırıldı və geniş fikir mübadiləsi aparıldı.
Mətbuat xidməti
 
 
 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az