Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universiteti ilə Karyera və Psixologiya Mərkəzi arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb
Sumqayıt Dövlət Universiteti ilə Karyera və Psixologiya Mərkəzi arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb
Dekabrın 5-də Karyera və Psixologiya Mərkəzi (KPM) ilə SDU Karyera və Məzunlarla iş Mərkəzinin birgə təşkilatçılığı ilə universitetin tələbələri üçün karyera planlanması mövzusunda seminar keçirilib. 
Tədbiri universitetin Karyera və Məzunlarla iş Mərkəzinin müdiri Nəsibə Əmirbəyova açaraq Karyera və Psixologiya Mərkəzi ilə universitet arasındakı əməkdaşlığın bir müddət əvvəl başlandığını və uğurla davam etdiyini bildirərək bu gün SDU ilə adıçəkilən qurum arasında əməkdaşlıq memorandumunun imzalanacağını qeyd etdi. İmzalanan sənədin universitet tələbələri üçün yeni imkanlar açacağını bildirən Nəsibə Əmirbəyova seminar iştirakçılarının yaranan şəraitdən bəhrələnəcəyinə inandığını dedi: “Karyera və psixologiya təlimləri üzrə bacarıqları bütün səviyyələrdə etiraf olunan KPM-nin rəhbəri Samir Vəliyevin universitet tələbələri ilə seminarlara şəxsən qatılması universitetimizə böyük sayğının göstəricisidir”.
“Karyera planlaması, karyera nədir?” mövzusu üzrə məlumat verən  KPM-nin rəhbəri Samir Vəliyev rəhbərlik etdiyi müəssisədə SDU tələbələrindən ibarət 4 komandanın formalaşdırıldığını bildirdi və yaradılan komandaların hər biri üçün ayrıca otağın ayrıldığını, fərdi noutbuk alındığını və komandalara məsul şəxs təyin edildiyini qeyd etdi. Yaradılan şəraitin komandaların hər bir üzvünün çalışması üçün imkan verdiyini qeyd edən qurum rəhbəri Mərkəzdə dərsdən kənar vaxtın səmərəli keçirilməsinin onlar üçün prioritet olduğunu bildirdi. Karyera qurmağın uğurlu debütü gələcəyini aydın görən və fəaliyyətini bu məqsəd istiqamətində qurmaqda, məqsədyönlü çalışmaqdadır- deyən müəssisə rəhbəri təlimi “karyera planlaşdırılması” mövzusundakı çıxışı ilə davam etdirdi.
Tələbələrin interaktivliyi ilə diqqət çəkən seminar maraqlı məqamlarla yadda qaldı.
Tədbirdən sonra SDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru dosent Natiq Talıbov ilə KPM-in rəhbəri Samir Vəliyev arasında memorandum imzalandı. Tərəflər əməkdaşlıq müqaviləsinin uğurla yerinə yetiriləcəyinə əmin olduqlarını bildirdilər.
 
Mətbuat xidməti
 
 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az