Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun nümayəndə heyəti UDNTU-da fəaliyyət göstərən “Azərbaycan Respublikası auditoriyası”nı ziyarət ediblər
SDU-nun nümayəndə heyəti UDNTU-da fəaliyyət göstərən “Azərbaycan Respublikası auditoriyası”nı ziyarət ediblər
Başqırdıstanın əsas aparıcı ali təhsil ocaqlarından olan Ufa Dövlət Neft Texniki Universitetinin 75 illik yubileyi ilə əlaqədar Sumqayıt Dövlət Universitetinin nümayəndə heyəti və xarici qonaqlar UDNTU-da Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə açılmış “Azərbaycan Respublikası auditoriyası”nı ziyarət edib və tələbələrlə görüşüblər.
Qonaqlara auditoriyanın fəaliyyəti haqqında məlumat verildi. Bildirildi ki, auditoriyada Azərbaycanın dövlət simvolları, Heydər Əliyev irsi, Rusiya-Azərbaycan Universitetləri Assosiasiyası, Azad Mirzəcanzadənin elmi məktəbi, ölkəmizin təbii sərvətləri, neft, iqlim və coğrafiyası, faydalı qazıntılar, elm və sənaye, mədəniyyət və incəsənəti, xalçaçılığı, tarixi abidələri - Qobustan, paytaxt Bakı, tarixə düşmüş görkəmli şəxsiyyətlər başlığı altında 12 lövhə yaradılıb. Bu auditoriya həmin universitetin azərbaycanlı məzunu, Başqırdıstan Respublikasının əməkdar inşaatçısı, iş adamı Əyyub Bəbirovun maliyyə dəstəyi və Sumqayıt Dövlət Universitetinin layihəsi əsasında yaradılıb.
“Heydər Əliyev İli”ndə bu auditoriyanın açılmasını əlamətdar hadisə kimi dəyərləndirən SDU-nun rektoru Rüfət Əzizov iştirakçıları salamladı və “Heydər Əliyev İli” çərçivəsində keçirilən tədbirlərdən və bu ilin mahiyyətindən danışaraq Ulu Öndərin xalqı və dövləti qaşısındakı misilsiz xidmətlərini vurğuladı, Ümummilli Liderin daim təhsilə yüksək qiymət verdiyini diqqətə çatdırdı.
Bu gün ölkəmizdə Heydər Əliyevin əsasını qoyduğu təhsilə, gənclərə qayğı siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdi.
Rektor çıxışında həmçinin alimlərimizin-akademik Azad Mirzəcanzadənin Azərbaycan və Başqırdıstan elminin inkişafındakı mühüm rolundan danışdı, onun mexanika, tətbiqi riyaziyyat, neft-qaz sahəsində nəzəri və praktik məsələlərin həllində yaratdığı elmi məktəbin əhəmiyyətini vurğuladı.
 
Mətbuat xidməti
 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az