Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU tələbələri ERASMUS+ xətti ilə könüllülük proqramında iştirak edəcəklər
SDU tələbələri ERASMUS+ xətti ilə könüllülük proqramında iştirak edəcəklər
Dekabrın 4-də SDU tələbələri üçün “Erasmus+” proqramı çərçivəsində “Beynəlxalq imkanlar haqqında gənclərin məlumatlandırılması və Avropada təlim, həmçinin layihələrə necə müraciət edilməli?” mövzusunda infosessiya təşkil edilib.
Tədbir iştirakçılarını SDU-nun rektoru Rüfət Əzizovun adından salamlayan Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor dosent Elmar Xəlilov oxşar tədbirlərin müasir Azərbaycan gəncliyi, həmçinin istənilən gəncliyin proqressiv təbəqəsi olan tələbələr üçün əhəmiyyətini qeyd etdi. Azərbaycanda müstəqilliyimizin bərpasından sonra Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasətinin konturlarından bəhs edən prorektor bu siyasətin dünyanın proqressiv ölkələri, o cümlədən Avropa coğrafiyası ilə dəyərləri bölüşməyə hədəfləndiyini bildirdi: “Bu, individium olaraq sizin hər birinizin, cəmiyyətimiz və dövlətimizin, həmçinin adı bioqrafiyanıza əbədi həkk olan universitetimizin taleyində sözünü deyəcək”.
Sonra “Sağlam Düşüncə” Gənclər Təşkilatının sədri, GİKM Abşeron-Xızı regional nümayəndəliyinin direktoru Sevinc Qasımova könüllü qismində Avropa Birliyinə daxil olan ölkələrin layihələrinə müraciət qaydaları, tələb olunan sənədlər və proqramın seçim meyarları barədə təqdimat etdi. Təşkilat sədri Avropa ölkələri ilə yaxından tanış olmağın, münasibətlərin qarşılıqlı əməkdaşlıq səviyyəsinə qaldırılmasının qətiyyən əlçatmaz olmadığını qeyd edərək xatırlatdı ki, bunun üçün artıq ölkəmizdə fəaliyyət göstərən Erasmus+ proqramının verdiyi şanslardan bəhrələnmək, bununla da Avropa ölkələrindəki təlim və layihələrin iştirakçısına çevrilmək olar.
Tələbələrin böyük marağı və fəallığı ilə keçən infosessiyada səsləndirilən müxtəlif suallar cavablandırılıb.
Qeyd edək ki, tədbirdə SDU-nun Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin müdiri Sədaqət Fətullayeva da iştirak edirdi.
 
 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az