Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun müəllimləri Azərbaycan -Türkiyə Təhsil İşçilərinin II Peşə - Təcrübə Proqramında iştirak ediblər
SDU-nun müəllimləri Azərbaycan -Türkiyə Təhsil İşçilərinin II Peşə - Təcrübə Proqramında iştirak ediblər
“İslahatçı Gənclər” İctimai Birliyi, “Edu Time” Təhsil və İnkişaf Mərkəzi və “Peak Network”un təşkilatçılığı ilə Türkiyənin İstanbul şəhərində Azərbaycan – Türkiyə Təhsil İşçilərinin II Peşə – Təcrübə Proqramı baş tutub. Təcrübə Proqramında Azərbaycan Dövlət Pedaqoji Universiteti, Xarici Dillər Universiteti və digər orta məktəb nümayəndələri ilə yanaşı Sumqayıt Dövlət Universitetinin (SDU) müəllimləri də iştirak ediblər.
16-20 noyabr tarixlərində keçirilən proqram Azərbaycan Respublikasının İstanbul şəhərindəki baş konsulluğunu ziyarətlə başlayıb.
Heyəti qəbul edən Baş konsul Nərminə Mustafayeva bildirib ki, Azərbaycanla Türkiyə arasında bütün sahələrdə olduğu kimi təhsil sahəsində də əməkdaşlıq ən yüksək səviyyədədir.
Proqram çərçivəsində müəllimlərimiz - Fizika və onun tədrisi metodikası kafedrasının dosenti Aynur Həşimova, eləcə də Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının dosenti Xəyalə Muğamat Türkiyənin ən nüfuzlu universitetlərindən olan İstanbul Aydın Universiteti, Haliç Universiteti və Üsküdar Universitetini, o cümlədən “Bil Məktəbləri”ni ziyarət edib, İstanbul Aydın Univetsitetinin Qəyyumlar Şurasının sədri Mustafa Aydın, Üsküdar Universitetinin rektoru Nazifə Güngör və Haliç Universitetinin Baş katibi Burak Başkan ilə görüşüblər. Görüşlərdə qarşılıqlı ikitərəfli əməkdaşlıq və təcrübə mübadiləsi imkanları müzakirə olunub, perspektivlər qeyd olunub.
Daha sonra azərbaycanlı müəllimlər təlimlərdə iştirak edərək təhsildə texnoloji yeniliklər, süni intellekt, təhsil psixologiyası, sinfin və məktəbin idarəolunması mövzusunda təlimlərdə iştirak edərək, təhsildəki son akademik yeniliklər barədə məlumatlandırılıblar. Eyni zamanda azərbaycanlı müəllimlər ölkəmizdə həyata keçirilən təhsil islahatları haqda türkiyəli həmkarlarına məlumat veriblər.
Sonda proqram iştirakçılarına beynəlxalq sertifikatlar təqdim edilib.
 
Mətbuat xidməti

 

 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az