Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun nümayəndə heyəti Ufa Dövlət Neft Texniki Universitetində səfərdədir
SDU-nun nümayəndə heyəti Ufa Dövlət Neft Texniki Universitetində səfərdədir
Sumqayıt Dövlət Universitetinin nümayəndə heyəti Ufa Dövlət Neft Texniki Universitetinin 75 illik yubiley mərasimində iştirak edib.
Səfərin ilk günü SDU-nun rektoru Rüfət Əzizov və prorektoru Əsəd Məmmədov Ufa Dövlət Neft Texniki Universitetinin rektoru Oleq Baulin ilə görüşüblər. Görüşdə iki universitet arasında tarixi isti münasibətlər, kimya mühəndisliyi, neft hasilatı texnologiyaları və neft-kimya sahəsində görülə biləcək elmi-tədqiqat layihələri, eyni zamanda tələbə, müəllim mübadilə proqramları geniş müzakirə olunub.
Yubiley ilə bağlı Elmi Şuranın böyük tərkibdə keçirilən iclasında digər qonaqlarla yanaşı, SDU-nun nümayəndə heyəti də iştirak edib. Sonra qonaqlar universitetdə yaradılan şəraitlə tanış olublar.
Nümayəndə heyəti təntənəli rəsmi və bədii yubiley mərasimində iştirak edib. SDU-nun rektoru Rüfət Əzizov mötəbər qonaqların da iştirak etdiyi yubiley mərasimində təbrik nitqi ilə çıxış edib.
Rektorun çıxışının sonunda Sumqayıt Dövlət Universiteti adından Ufa Dövlət Neft Texniki Universitetinə hədiyyə təqdim olunub.
Səfər davam edir.
Mətbuat xidməti
 
 
 
 

 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az