Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Beynəlxalq Əlillər Günü ilə bağlı tədbir keçirildi
SDU-da Beynəlxalq Əlillər Günü ilə bağlı tədbir keçirildi
Əlil vətəndaşlarımız cəmiyyətin ən çox qayğıya ehtiyacı olan təbəqələrindən biri olduğundan onlara qarşı diqqətin artırılması mühüm əhəmiyyət kəsb edir. Onların çoxunun maddi və ya hər hansı digər yardımdan çox mənəvi yardıma ehtiyacı vardır. Buna görə də əlillərin sosial vəziyyətinin və maddi durumunun yaxşılaşdırılması, onların cəmiyyətimizdə bərabərhüquqlu üzv kimi yaşamasını təmin etməkdən ötrü dövlət tərəfindən bir sıra tədbirlər həyata keçirilir. Bu məqsədlə dekabrın 1-də Beynəlxalq Əlillər Günü ilə əlaqədar Sumqayıt Dövlət Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsi və İnklüziv Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.
Tədbiri universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov açaraq iştirakçılara rektor Rüfət Əzizovun salamını çatdırıb və tədbirin əhəmiyyətindən danışıb. 3 dekabr - Beynəlxalq Əlillər Gününün Ümummilli Lider Heydər Əliyevin Sərəncamı ilə 1994-cü ildən Azərbaycanda da geniş şəkildə qeyd olunduğunu vurğulayaraq, əlillərə daim dövlət tərəfindən diqqət və qayğı göstərildiyini qeyd edib. Prezident cənab İlham Əliyevin uğurlu siyasətinin mərkəzində vətəndaş amilinin dayandığını, əlillərin ehtiyaclarına və problemlərinə, onların cəmiyyətə tam qovuşması üçün maksimum əlverişli şərait yaradılmasına daim diqqət yetirdiyini diqqətə çatıraraq bildirib ki, Sumqayıt Dövlət Universiteti milli və beynəlxalq qanunvericiliyə uyğun olaraq, əlilliyi olan tələbələr üçün mövcud maneələrin aradan qaldırılmasını və onların universitetin xidmət, proqram və digər təhsil imkanlarından istifadə etməsi üçün lazımi şəraitin yaradılmasını hədəfləyir. Bu məqsədlə universitetdə inklüziv təhsil mühiti yaradılıb. Bu mühit təhsilin hamı üçün əlçatan olmasını təmin etməklə yanaşı, sosial bərabərliyin qorunmasına, əlilliyi olan gənclərin təhsil və başqa xüsusi ehtiyaclarının ödənilməsinə şərait yaratmış olacaq.
Tədbirdə Rektorun müşaviri Könül Abaslı çıxış edərək əlilliyi olan şəxslərin hüquqları, bundan irəli gələn və ölkəmiz üçün aktual olan problemlər barədə danışdı.
Sonra Pedaqogika və psixologiya kafedrasının müdiri, İnklüziv Təhsil Mərkəzinin məsul şəxsi dosent Aytəkin Məmmədova əlilliyi olan şəxslərin hüquqları, bundan irəli gələn və ölkəmiz üçün aktual olan problemlər barədə danışdı. O, əlilliyi olan insanların inklüziv cəmiyyətdə yaşamasının ən önəmli faktor olduğunu bildirməklə yanaşı, iştirakçılara “inklüziya” termini haqda da ətraflı məlumat verdi.Gəncləri bu mövzuda daha aktiv olmağa və əlilliyi olan insanlarla ünsiyyət qurarkən onlara qarşı mərhəmət hissi ilə deyil, onların da bizlər kimi insan olmasına önəm vermələrinin vacibliyini vurğulayıb. O, əlilliyi olan insanların inklüziv cəmiyyətdə yaşamasının ən önəmli faktor olduğunu bildirməklə yanaşı, iştirakçılara “inklüziya” termini haqda da ətraflı məlumat verdi. Qeyd etdi ki, Sumqayıt Dövlət Universitetində mütəmadi olaraq maarifləndirici təlimlər keçirilir. Eyni zamanda, əlilliyi olan tələbələrə özünəinam, özünüqiymətləndirmə, ətraf aləmə adaptasiya hissləri aşılanaraq, onların istedad və intellektlərini aşkar etmələrinə dəstək olunur. Ümumiyyətlə, əlilliyi olan şəxslərə xüsusilə də uşaqlara diqqət və qayğı cəmiyyətimizin hər bir üzvünün borcudur.
Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən universitetdə təhsil alan əlilliyi olan tələbələrdən Tural İbrahimov, Nazilə İbrahimova universitetin ictimai həyatında və təhsilində fəal iştiraklarına görə Fəxri Fərmanla təltif olundular.
Tələbələr də çıxış edərək ölkədə əlillərlə bağlı müxtəlif tədbirlərin həyata keçirildiyini, dövlət tərəfindən hər zaman onların diqqət mərkəzində saxlanıldığını vurğulayaraq, göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.
 
Mətbuat xidməti
 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az