Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da QİÇS-lə bağlı maarifləndirici seminar
SDU-da QİÇS-lə bağlı maarifləndirici seminar
Dekabrın 1-də SDU-da Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar tələbə və magistrantların iştirakı ilə maarifləndirici seminar təşkil olunub.
Seminarı giriş sözü ilə universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov açaraq iştirakçıları salamlayıb, əsrin bəlasına çevrilmiş QİÇS və narkomaniyanın insanlara, xüsusilə gənc nəslə vurduğu zərərdən və bu zərərli vərdişlərlə mübarizə sahəsində görülən işlərdən, keçirilən tədbirlər barədə ətraflı məlumat verib. Qeyd edib ki, bu işdə təkcə dövlət strukturları deyil, cəmiyyətimiz də fəal iştirak etməlidir. Prorektor tələbələri dövlətimizin sosial yüksəlişi, işıqlı gələcəyi naminə gənc nəslin sağlamlıqlarını qorumağa və pis vərdişlərdən uzaq olmağa çağırıb.
Sonra Biologiya və onun tədrisi metodikası kafedrasının dosenti Xanəhməd Həsənov seminar iştirakçılarına zərərli vərdişlərin insan sağlamlığına törətdiyi ağır fəsadlar, QİÇS-ə yoluxma yolları və xəstəliyin yayılma təhlükəsi barədə İİV/QİÇS-lə bağlı videoçarx vasitəsi ilə ətraflı məlumat verib, insanın immunçatışmazlığı virusunun səbəb olduğu təhlükəli xəstəliklərdən qorunmağın üsulları, sanitar-gigiyenik qaydalar və sağlam həyat tərzi ilə bağlı tələbələrlə maarifləndirici söhbətlər aparıb.
Sonda mövzu ilə bağlı tələbələri maraqlandıran suallar cavablandırılıb.
 
Mətbuat xidməti
 
 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az