Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU Hirş indeksinə görə ən sürətli irəliləyən universitetlərdən biridir
SDU Hirş indeksinə görə ən sürətli irəliləyən universitetlərdən biridir
“National H-index Ranking” tərəfindən 2023-cü ilin dördüncü rübünün elmi nəticələri əsasında Azərbaycanda fəaliyyət göstərən elmi institutların və ali təhsil müəssisələrinin Hirş indeksinə (H-index) görə reytinq sıralaması-“Azerbaijan National H-index Ranking-2023” açıqlanıb.
SDU əvvəlki ilin reytinqi ilə müqayisədə 83 müəsissə arasında ölkə üzrə 16 pillə irəliləyərək 52-ci yerdən 36-cı yerə yüksəlmişdir. Ali təhsil müəssisələri reytinqində isə 31-ci yerdən 16-cı yerə yüksəlmişdir. Scopus indeksində 8, Web of Science indeksində isə 6 pillə yüksəlmə qeydə alınmışdır.
Reytinqdə Scopus, Web of Science və Google Scholar kimi elmiometrik verilənlər bazası və platformalarından alınan məlumatlara istinad edərək, Azərbaycan elmi müəssisələrinin ümumi h-indeksi nəzərə alınıb. Bu məlumatlar əsasında Milli H-indeksinin Reytinq göstəricisi və reytinqdə müvafiq mövqe formalaşır. Qeyd edək ki, reytinq siyahısı hazırlanarkən Azərbaycanın 84 elmi institut və universitetinin elmi fəaliyyəti analiz edilmişdir.
Sumqayıt Dövlət Universitetinin Reytinqdə milli H-indeksi (National H-index) 7-ə bərabərdir.
Azərbaycan Milli H-index Ranking, konsolidasiya edilmiş h-indeksi əsasında Azərbaycan alimlərinin, tədqiqat qruplarının və təşkilatların elmi məhsuldarlığını qiymətləndirməyə yönəlmiş müstəqil beynəlxalq reytinqidir.
 
Mətbuat xidməti
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az