Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tanınmış təlimçi SDU tələbələri ilə görüşdü
Tanınmış təlimçi SDU tələbələri ilə görüşdü
Noyabrın 24-də Sumqayıt Dövlət Universitetində Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Panda School”un həmtəsisçisi və rəhbəri, təlimçi Elvin Dadaşsoy tərəfindən “Öz biznesinə başla!” mövzusunda təlim keçirildi.
Elvin Dadaşsoy təlimin mövzusu haqqında məlumat verdi və karyera planlamasının tələbələr üçün vacibliyini vurğuladı. O, özünütanıma, iş dünyası araşdırması, ilkin iş təcrübəsi, qərarvermə prosesi, işaxtarma prosesi, karyeranın idarə edilməsi məsələlərinə toxundu.
Həmçinin təlimin əsas məqsədinin gənclərin biznes ideyalarını reallaşdırmaq üçün zəruri olan bilik və bacarıqlara, müasir biznes idarəçiliyi vərdişlərinə yiyələnməsinə dəstək olmaqla onların sahibkarlıq fəaliyyətinə həvəsləndirilməsi olduğunu qeyd etdi və iştirakçılara təlimin əhəmiyyətindən bəhs etdi.
İnteraktiv müzakirələrlə davam edən təlimdə iştirakçılara peşəkar inkişaf üçün atılmalı olan addımlar və əmək bazarına çıxışın yolları da izah olundu.
Təlim tələbələrin marağına səbəb oldu.
 
Mətbuat xidməti
 
 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az