Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Ulu Öndərin 100 illiyi ilə əlaqədar idman yarışlarına start verilib
SDU-da Ulu Öndərin 100 illiyi ilə əlaqədar idman yarışlarına start verilib
Noyabrın 18-də Sumqayıt Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş fakültələrarası idman yarışlarına start verildi.
Qeyd edək ki, yarışlar Tədbirlər Planına uyğun olaraq Sumqayıt Dövlət Universiteti və SDU-nun nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin tələbələrinin fakültələrarası 3 idman növü (stolüstü tennis, dama və şahmat) üzrə keçirilir.
Yarışdan öncə universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan idmanına göstərdiyi misilsiz xidmətlərindən danışdı, əsası dahi lider tərəfindən qoyulmuş, bu gün isə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan gəncliyinə və idmanına göstərilən xüsusi diqqət və qayğıdan bəhs etdi. Bildirdi ki, hər bir ölkə, eləcə də xalq üçün sağlamlıq ən əsas vəzifə hesab edilir. Bu bir həqiqətdir ki, gənc nəslin formalaşmasında və cəmiyyətin inkişafında idmanın rolu böyükdür.
Bu istiqamətdə Sumqayıt Dövlət Universitetində idmanın, bədən tərbiyəsinin inkişafının hər zaman diqqətdə saxlanıldığını deyən prorektor belə yarışların tələbələr arasında idmanın kütləviliyinin təmin və təbliğ edilməsi baxımından böyük əhəmiyyətə malik olduğunu vurğuladı və iştirakçılara uğurlar arzuladı.
Sonra yarışlara start verildi.
Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda stolüstü tennis üzrə Fizika və elektroenergetika fakültəsi I yerə, Kimya və biologiya fakültəsi II yerə, İqtisadiyyat və idarəetmə fakültəsi III yerə çıxdılar.
 
Mətbuat xidməti
 
 

 

 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az