Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU ilə Həştərxan Dövlət Universitetinin alimləri birgə mühazirə proqramı təşkil edib
SDU ilə Həştərxan Dövlət Universitetinin alimləri birgə mühazirə proqramı təşkil edib
Noyabrın 14-dən 16-dək Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin professor-müəllim və tələbə heyəti ilə V.N. Tatışev adına Həştərxan Dövlət Universitetinin alimləri arasında“Dil bütün biliklərin və təbiətin açarıdır” adlı elmi-populyar mövzuda mühazirə proqramı keçirilib.
Mühazirələr Rusiya Federasiyasında keçirilən “Rus dili ili”nə həsr olunmuş və dost ölkələrin tələbə və müəllim heyəti üçün nəzərdə tutulmuşdur. Üç gün ərzində keçirilmiş mühazirələrdə Filologiya fakültəsinin 150-dən çox tələbəsi və müəllimi dinlənilmişdir. Maraqlı diskussiyalar şəklində keçiilən mühazirələr distant formada aparılmışdır.
Proqramın açılışında Həştərxan Dövlət Universitetinin Beynəlxalq işlər üzrə prorektoru Fadina A.Q., Filologiya fakültəsinin dekanı, layihənin rəhbəri professor L.Y.Kasyanova, SDU tərəfdən Filologiya fakültəsinin dekanı dosent Sevinc Həmzəyeva və Xarici dillər kafedrasının müdiri professor Nigar İsgəndərova hər iki tərəfi salamlamış və layihə haqqında fikir mübadiləsi aparmışlar.
Mühazirələrdə Həştərxan Dövlət Universitetinin alimləri on iki elmi məruzə ilə çıxış ediblər. Dilin tarixi nöqteyi-nəzərindən maraqlı faktları əks olunub, onlara şərhlər verilərək, rus frazeologiyasının obrazları digər dillərdə olan frazeoloji obrazlarla əlaqələndirilib.
Filologiya elmləri doktoru, Filologiya və jurnalistika fakültəsinin dekanı, Rus dili və ədəbiyyatı kafedrasının professoru L.Y.Kasyanova “Rus neologiyası prizmasından”, “Dövrümüzün leksik portreti”, “Rus dilində leksik idxal əvəzlənmə” mövzularında məruzələrində dildə yeniliklərin tədqiqatı ilə məşğul olan rus neologiyasının xüsusiyyətləri ilə tanış edərək müasir reallığı əks etdirən yeni leksikanın müxtəlifliyini nümayiş etdirərək, alınma sözlərin probleminə müraciət edib.
Filologiya elmləri doktoru, Rus dili və ədəbiyyatı kafedrasının müdiri professor M.L.Lapteva “Dil ekologiyası”, “Rus dilində linqvokreativ”, “Rus rəqəmsal dili” mühazirələrində dilin mühafizəsi məsələlərindən, dil sisteminin kreativ potensialının reallaşdırılmasından, cəmiyyətin rəqəmsallaşması dövründə rus dilinin inkişafından bəhs edib.
Filologiya elmləri namizədi, Rus dili və ədəbiyyatı kafedrasının dosenti Y.N.Bədəlova “Konseptual məsələ (rus dilində dünyanın dil mənzərəsi), “Rəqəmsal dövrdə rus dili və ya səs köməkçisini necə ram etməli”, “Linqvoetnik baryer haqda”, dil və mədəniyyət arasında əlaqəni göstərərək, rus dilinin xarici dil kimi öyrənilməsində dil maneəsinin aradan qaldırılması probleminə müraciət edib, rəqəmsal dilçilik məsələsinə toxunub.
Filologiya fakültəsində 3 gün ərzində keçirilən mühazirələrdə fakültənin dekanı dosent Sevinc Həmzəyeva, Xarici dillər kafedrasının müdiri, professor Nigar İsgəndərova, kafedranın professor-məsləhətçisi Ramazan  Məmmədov, kafedra müdirləri dosent Böyükxanım Eminli, dosent Aytəkin Məmmədova və baş müəllimlər Ə. Musayeva, T. Quliyeva, N. Abbasova, M. Hidayətova  A. Abdullayev iştirak ediblər.
 
Mətbuat xidməti
 
 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az