Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Milli Dirçəliş Günü ilə əlaqədar dəyirmi masa təşkil olunub
Milli Dirçəliş Günü ilə əlaqədar dəyirmi masa təşkil olunub
Sumqayıt Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı və Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzinin “Dostluq” mədəniyyət evinin birgə təşkilatçılığı ilə 17 noyabr Milli Dirçəliş Gününə həsr olunmuş dəyirmi masa təşkil edilib.
İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə mədəniyyət evinin metodisti Cahangir Məhərrəmov tarixi günün mahiyyətindən danışıb. O qeyd edib ki, xalqımızın azadlıq mübarizəsinin əsas mərhələlərindən birini təşkil edən bu əlamətdar gün Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rol oynayıb. 1988-ci il noyabrın 17-də Azərbaycan xalqının azadlıq səsini ucaldaraq, sovet imperiyasına  qarşı hamılıqla ayağa qalxması onun dirçəlişi yolunda dönüş nöqtəsi oldu. Azərbaycan xalqı uzun illər arzusunda olduğu müstəqilliyinə qovuşdu. 1992-ci ildən etibarən 17 noyabr Milli Dirçəliş Günü kimi qeyd olunur.
Tədbir diskussiya şəklində davam edib və sonda xatirə şəkli çəkdirilib. 
 
Mətbuat xidməti
 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az