Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU ilə Kazan Federal Universiteti arasında memorandum imzalandı
SDU ilə Kazan Federal Universiteti arasında memorandum imzalandı
Sumqayıt Dövlət Universiteti ilə Tatarıstan Respublikasının Kazan Federal Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Əvvəlcə nümayəndə heyətimiz səfər çərçivəsində Kazan Universitetinin Tarix Muzeyi ilə tanış olub, İmperator Zalı və memorial auditoriyanı ziyarət ediblər.
Görüşdə SDU-dan rektor Rüfət Əzizov, Fizika və elektroenergetika fakültəsinin dekanı Tamella Əhmədova, Bərk cisim və yarımkeçiricilər fizikası kafedrasının dosenti Xəyalə Əliquliyeva, KFU-dan Xarici əlaqələr üzrə prorektor Timirxan Alışev, Kazan Universitetinin strukturu və prioritet inkişaf istiqamətləri, Süni İntellekt, Robototexnika və Sistem Mühəndisliyi İnstitutunun direktoru, texniki kafedranın müdiri Dmitri Çikrin, II RSI İnstitutunun Fizika və Enerji kafedrasının müdiri Nail Kaşapov və başqaları iştirak ediblər.
Rektor Rüfət Əzizov çıxış edərək səmimi qəbula görə təşəkkürünü ifadə etdi, SDU-da təhsilin və elmi-tədqiqatın inkişafı üçün görülən işlər haqqında məlumat verdi. Bildirdi ki, SDU təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə xarici universitetlərlə əməkdaşlığa önəm verir. Rektor KFU ilə əməkdaşlığın növbəti mərhələsinin hər iki universitet üçün faydalı olacağına ümid etdiyini qeyd etdi. Bildirdi ki, memorandum Kazan Federal Universiteti ilə Sumqayıt Dövlət Universiteti arasında tərəfdaşlığın inkişafına və möhkəmləndirilməsinə xidmət edəcək və iki ölkənin dost xalqlarının mənafeyi naminə strateji əhəmiyyətli vəzifələrin həllinə töhfə verəcək.
Rektor həmçinin hər iki ali təhsil müəssisəsinin müvafiq strukturları arasında əlaqələrin qurulması, rəqəmsal texnologiyalar, kompüter elmləri ilə bağlı birgə proqramların hazırlanmasını xüsusi vurğuladı. Onu da qeyd etdi ki, biz tələbə və müəllim mübadiləsində maraqlıyıq. Birgə elmi araşdırmalar, təkmilləşdirmələr və beynəlxalq jurnallarda məqalələr də bizim üçün önəmlidir.
Kazan Universitetinin Xarici əlaqələr üzrə prorektoru Timirxan Alışev Azərbaycan nümayəndələrinə səfərə görə təşəkkür etdi və qarşılıqlı faydalı əməkdaşlığa ümid etdiyini bildirdi. Qeyd etdi ki, Kazan Universitetində keçiriləcək mühəndislik və təbiət elmləri ilə bağlı konfranslara dəvət edəcəyik.
Rektor Rüfət Əzizov və Timirxan Alışev iki ali təhsil müəssisəsi arasında elmi müqavilənin bağlanılmasından məmnun qaldıqlarını bildirərək, bu əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağına inamlarını ifadə etdilər.
Qeyd edək ki, Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizov nümayəndə heyəti ilə birlikdə noyabrın 14-də Kazan Dövlət Energetika Universitetinin 55 illik təntənəli yubiley mərasimində iştirak etmişdilər. Görüşün davamı olaraq noyabrın 15-də Sumqayıt Dövlət Universiteti ilə Tatarıstan Respublikasının Kazan Federal Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Əməkdaşlıq memorandumunda tədqiqat və innovasiya fəaliyyətinin inkişafı, tələbə-müəllim mübadiləsi, birgə tədqiqat layihələrinin hazırlanması və həyata keçirilməsi, elmi məlumat mübadiləsi, akademik mübadilə, birgə konfranslar, seminarlar və digər beynəlxalq tədbirlərin təşkili, elmi məqalələrin çap olunması nəzərdə tutulur.
 
Mətbuat xidməti
 
 

 

 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az