Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU ilə “Gilan Tekstil Parkı” MMC tələbələrə yeni imkanların yaradılması üçün birgə fəaliyyət göstərəcəklər
SDU ilə “Gilan Tekstil Parkı” MMC tələbələrə yeni imkanların yaradılması üçün birgə fəaliyyət göstərəcəklər
Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizov və universitet rəhbərliyi noyabrın 6-da universitet tələbələrinin istehsalata yönəlməsi istiqamətində işlərin görülməsi məqsədilə “Gilan Tekstil Parkı”-da olmuş, baş direktor Esmin Xəlilovla, insan resursları şöbəsinin müdiri Allahverdi Bağırovla və idarəetmə personalı ilə görüşmüşlər. Görüşdə universitetin tələbələrinin istehsal təcrübələrini müəssisədə keçmək, müxtəlif istiqamətlərdə əməkdaşlıq perspektivləri, yeni tədris proqramlarının yazılması və praktikyönümlü əməkdaşlığın vacibliyi vurğulanıb. Mühəndislik ixtisası üzrə təhsil alan tələbələrin elmi potensialının artırılması, onların yüksək keyfiyyətli mütəxəssislər kimi hazırlanması yönündə birgə əməkdaşlıq istiqamətləri geniş müzakirə olunub. 2012-ci ildən Sumqayıt şəhərində fəaliyyət göstərən, nəinki Azərbaycanda həm də Cənubi Qafqaz regionunda yeganə vertikal inteqrasiya sistemi ilə qurulmuş və tekstil istehsalı üzrə bütövlükdə texnoloji ardıcıllığı tam əhatə etmiş İplik fabriki, iki Toxuma fabrikləri, iki Boyama fabrikləri, Tikiş fabriki və Tibbi maska fabrikindən ibarət təsis edilən GiLTEX MMC-də universitet tələbələrinin ekskursiyalarının təşkil olunması və onları bu sahədə maarifləndirmək istiqamətlərində razılıq əldə edilmişdir. Hal-hazırda müəssisədə iplik, müxtəlif növ parça, yataq dəstləri, toxuculuq məhsulları, dəsmallar, hörgü məhsulları, yorğanlar, yastıqlar, habelə oda və suya davamlı xüsusi geyimlər, müxtəlif təyinatlı uniformalar, hərbi və xəstəxana geyimləri, xalatlar və s. istehsal edilməkdədir. SDU-nun mühəndislik ixtisasında təhsil alan tələbələrinə təklif oluna biləcək imkanlar görüşün əsas mövzusu idi.
Mətbuat xidməti
 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az