Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU tələbələri Bayraq Muzeyini ziyarət ediblər
SDU tələbələri Bayraq Muzeyini ziyarət ediblər
Noyabrın 6-da Sumqayıt Dövlət Universitetinin bir qrup tələbəsi SDU Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə 8 Noyabr Zəfər Günü və 9 Noyabr Dövlət Bayrağı Günü münasibətilə Sumqayıt Bayraq Muzeyini ziyarət ediblər.
Qeyd edək ki, muzeydə milli bayrağımızın təbliği ilə bağlı xüsusi eksponatlar və dövlət atributları sərgilənir. Ekspozisiya zalında Azərbaycanda mövcud olmuş dövlətlərin bayraqlarına və bayraqla bağlı atributlara geniş yer verilib. Bu eksponatlar Azərbaycan dövlətçiliyinin keçdiyi tarixi yolu əks etdirməklə yanaşı, həm də gənc nəsil üçün xüsusi əhəmiyyətə malikdir. Muzeydə həmçinin gerblər, xəritələr, konstitusiyalar, orden və medallar, bir sözlə, müxtəlif dövlət rəmzləri qorunur. Burada nümayiş etdirilən eksponatlar həm Sumqayıt gənclərində, həm də şəhərə gələn qonaqlarda Azərbaycanın şanlı tarixi haqqında təsəvvür yaratmağa geniş imkanlar açır.
 
Mətbuat xidməti
 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az