Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun bir qrup müəllim və tələbə heyəti Hərbi Qənimətlər Parkını ziyarət edib
SDU-nun bir qrup müəllim və tələbə heyəti Hərbi Qənimətlər Parkını ziyarət edib
Noyabrın 5-də Zəfər Günü ilə əlaqədar olaraq, Sumqayıt Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə bir qrup tələbə və müəllim Hərbi Qənimətlər parkında oldular. Ziyarət zamanı tələbələr Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmənin növbəti təxribatlarına cavab kimi başlayan və tarixi zəfərlə başa çatan Vətən müharibəsi dövründə hərbi qənimət kimi ələ keçirilmiş texnika, döyüş sursatı və digər eksponatlarla tanış oldular.
Sumqayıt Dövlət Universitetinin baş müəllimi, polkovnik-leytenant Tapdıq Hacıyevin bələdçiliyi ilə tələbələrimiz parkdakı döyüş sursatları haqqında daha ətraflı məlumat əldə ediblər.
Tapdıq Hacıyev çıxış edərək bildirib ki, yetişən gənc nəsil, məktəblilər, tələbələr, ölkəmizə gələn turistlər bu parkı ziyarət etdikcə Azərbaycanın qalib, Ermənistanın isə məğlub ölkə olduğunun bir daha şahidi olacaqlar. 
SDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Elmin Novruzlu çıxış edərək qeyd edib ki, Hərbi Qənimətlər Parkını bu günlərdə ziyarət edənlərin sayı və parka olan böyük maraq onu göstərir ki, xalqımız bu qələbənin memarlarını həmişəlik qəlbində yaşadacaq. 
Qeyd edək ki, Hərbi Qənimətlər Parkında Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar və digər hərbi nəqliyyat növləri sərgilənir.
Ekskursiya tələbələrdə böyük təəssürat yaradaraq, onlara qürurlu anlar yaşatdı. Tələbələr sərgilənən eksponatlar sayəsində peşəkar ordusu olan Azərbaycan Silahlı Qüvvələrinin yenilməzliyinə, Vətən müharibəsində igidliklər göstərən soydaşlarımızın şücaətlərinə heyrətlərini bir daha ifadə ediblər.
 
Mətbuat xidməti
 

 

 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az