Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Startap nədir?” mövzusunda təlim keçirildi
SDU-da “Startap nədir?” mövzusunda təlim keçirildi
Noyabrın 3-də Sumqayıt Dövlət Universitetinin İnnovasiya Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə “Startap nədir?” mövzusunda təlim keçirildi.
Əvvəlcə universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov çıxış edərək iştirakçılara rektor Rüfət Əzizovun salamını çatdırdı və təlimin əhəmiyyətindən danışdı. Bildirdi ki, gənclik yalnız ölkənin gələcəyi deyil, həm də bugünüdür. Ölkədə istedadlı və yaradıcı gənclərin üzə çıxarılması və dəstəklənməsi sahəsində əhəmiyyətli addımlar atılır. Gənclərin yenilikçi baxışları, ideyaları və istedadlarının aşkara çıxarılması üçün belə təlimlərin vacibliyini qeyd edən prorektor universitetdə tələbə startap hərəkatının inkişafı üçün görülən işlər barədə məlumat verdi. Diqqətə çatdırdı ki, tələbələrimiz komanda halında ölkədə keçirilən müxtəlif startap yarışlarında iştirak edir və müxtəlif naliyyətlər qazanırlar. Biz də universitet olaraq onlara daima bu sahədə dəstək göstəririk.
Mərkəzin Startap mentoru Səid Əliyev İnnovasiya Yaradıcılıq Mərkəzinin fəaliyyəti, innovativ layihələr haqqında məlumat verdi. Sonra startap nədir, hansı layihələrə startap demək olar və necə startap yaradıb bazarda uğur qazanmaq istiqamətində maraqlı məqamlara toxundu. Bununla bağlı tələbələrin suallarını cavablandırdı. Vurğuladı ki, yeni startapın yaranmasının əsas mənbəyi yaradıcı ideyadır. Startap dedikdə, mövcud olmayan hər hansı bir ideyanın reallaşdırılması və ya daha əvvəldən mövcud olan hər hansı bir ideyanın təkmilləşdirilməsi üçün ehtiyacı aradan qaldıran və bəzən də həmin ideyanı ehtiyac halına gətirən inkişafa meyilli təşəbbüslər başa düşülür. Startapın yaranması və onun uğuru üçün vacib olan daha bir amil isə həmin ideyaya bazarda potensial tələbatdır. Buna görə də yeni layihələr hazırlanarkən bu amillərə üstünlük verilməlidir.
Sonra Elmi hissənin müdiri dosent Samir Orucov çıxış edərək startap layihələrinin əhəmiyyətindən və tələbələrin bu layihələrdə fəal iştirakından danışdı. Bu kimi təlimlərin təşkilinin tələbələrin gələcəkdə peşəkar kadrlar kimi yetişməsinə və seçdikləri ixtisasların sirlərinə dərindən yiyələnmələrinə mühüm töhfə olduğunu diqqətə çatdırdı. 
 
Mətbuat xidməti
 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az