Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun kollektivi “O olmasın, bu olsun” tamaşasını seyr edib
SDU-nun kollektivi “O olmasın, bu olsun” tamaşasını seyr edib
Noyabrın 1-də Sumqayıt Dövlət Universitetinin Həmkarlar İttifaqı Komitəsi və Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilati dəstəyi ilə universitetin rəhbərliyi, professor-müəllim və tələbə heyəti Sumqayıt Dövlət Dram Teatrında Azərbaycan milli operetta janrının banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyasını izləyiblər.
Qeyd edək ki, SDU-nun Həmkarlar İttifaqı Komitəsi işçilərin istirahət hüquqlarının təmin edilməsi istiqamətində tez-tez belə tədbirlərin keçirilməsinə dəstək olur.
Baş rejissoru xalq artisti Firudin Məhərrəmov, quruluşçu rejissoru Əməkdar artist Nazim Şirməmmədov, quruluşçu rəssamı Elşən Sərxanoğlu olan “O olmasın, bu olsun” komediyasında mənəvi dəyərlərin bütün zamanlar üçün toxunulmaz olduğunu əks etdirən, simic olduğu qədər də tamahkar Məşədi İbadın istəyi fonunda inkişaf edən süjet xətti bütün zamanlar üçün ibrətamizdir.
Tamaşa, uğurlu dekorasiya, kreativ rəssam yanaşmaları, işıq effektləri və musiqisi ilə universitetin müəllim və tələbə heyətində dolğun təəssürrat yaratdı. 
 
Mətbuat xidməti
 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az